Azərbaycanla Pakistan arasında 2014-ün hərbi əməkdaşlıq planı imzalanıb
Bizi izləyin

Nida.az

Azərbaycanla Pakistan arasında 2014-ün hərbi əməkdaşlıq planı imzalanıb

Fevralın 10-11-də İslamabad şəhərində Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəsində 5-ci görüş keçirilib.

Pakistan nümayəndə heyətinə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Məhəmməd Fərrux Rəşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın gedişi, o cümlədən Azərbaycan-Pakistan İşçi Qrupunun 4-cü görüşündə qəbul olunmuş qərarların icrası və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib, qəbul edilmiş qərarlar illik əməkdaşlıq planına daxil edilib.

Eyni zamanda, iki ölkənin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Müzakirələrin sonunda İşçi Qrupunun 5-ci görüşünün protokolu və Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistanın Birləşmiş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm