Əlixan Musayev əri Suriyada ölən qadına cavab verdi
Bizi izləyin

Nida.az

Əlixan Musayev əri Suriyada ölən qadına cavab verdi


Suriyada öldürülən 34 yaşlı azərbaycanlı Soltan Mirzəyevin xanımı Mətanət Mirzəyeva mediaya müsahibəsində ilginc adlar açıqlayıb. O, həyat yoldaşının Suriyaya gedərkən cibində 5 manat pulunun olduğunu, yoldaşları tərəfindən aparıldığını bildirib: “Deyirdi ki, Türkiyədə qardaşların ferması var, ora işləməyə gedir. İşləyib bizə pul göndərəcək. Sonra isə dedi ki, əgər qayıtmasam, uşaqlarıma de ki, ən böyük Allahdır. Onda şübhələndim ki, o Suriyaya gedir. Amma boynuna almadı. Gedəndə cibində 5 manat pulu var idi. Saqqallı olduğu üçün Azərbaycan gömrüyündən onu buraxmadılar. Geri qayıtdı və bir həftədən sonra təyyarə ilə Türkiyəyə uçdu. Ordan da Suriyaya keçib. Orda 4 ay təlim keçdikdən sonra döyüşlərə buraxılıb”.

M. Mirzəyeva qeyd edib ki, həyat yoldaşı kafel-metlax işində çalışırmış, vəhhabilərlə də orda tanış olub.
“Sonra məscidə getməyə başladı. Əfqanıstanda döyüşənlərin videosunu telefonuna yükləmişdi. Əvvəl Qamət (Əbu-Bəkr məscidinin şeyxi Qəmtə Süleymanov-red) adlı biri var idi, onun dərslərinə gedirdi. Elə bir ilk məktəb kimi idi. Amma orda pis heç nə öyrətmirdilər, hədirslər öyrədilirdi. Sonra Əlixan Musayev adından biri çıxdı. Sonra Əbuzər ləqəbində biri çıxdı. Əlixan Musayevin tərcümə olunmuş kitablarını oxumağa başladı. Onun kitablarını gətirmişdi evə, onları oxuyurdu”.

M. Mirzəyeva qeyd edib ki, araşdırmaq lazımdır ki, bu qədər dükanlar, yeməkxanalar açıqlar, bunun pulları hardandır: “Qaraçuxur, Qala məscidinə toplaşırlar. Qaməti, Əlixanı, Əbuzəri araşdırsınlar”.

Soltan Mirzəyev 2013-cü ilin avqustundan Suriyada gedən döyüşlərə qatılıb.​ O, 3 yanvarda döyüşlərdə həlak olub.Əlixan Musayev isə Publika.Az –a açıqlamasında bunu təkzib edib. Bildirib ki, o, heç kimi Suriyaya getmək, yaxud bu kimi məsələlərə sövq etməyib: “Kimsə gəlib nəsə deyəcəksə bu o demək deyil ki, belədir. Araşdırsınlar, hər şeyi ortaya çıxarsınlar. Bunun mənə aidiyyəti yoxdur. Mən sizin də saytınıza müsahibə vermişəm, bildirmişəm ki, bu işlərə mənim əlaqəm yoxdur”. O, deyilənləri təkzib edib. Bildirib ki, onun heç bir kitabında radikallıq qəbul edilməyib.

Qeyd edək ki, Ə. Musayev Publika.Az saytına müsahibəsində (http://publika.az/p/1372 ) bildirmişdi ki, ona qarşı yanlış ittihamlar səsləndirilir. Belə ki, onun 2003-cü ildə Çeçenistana, 2008-ci ildə Əfqanstana, indi də Suriyaya adam göndərdiyi deyilir.

“2008-ci ildən başladılar ki, Əlixan Musayev xəvaricdir və İraqa adam göndərir. Hətta Əbu-Bəkr məscidinin partladılmasında əli var guya indi də Suriyaya adam göndərirəm. Mən başa düşə bilmirəm ki, necə olur bunlar mənim bu cinayət xarakterli fəaliyyətimi bildi, amma dövlət bilmədi?! Bu necə ola bilər? Bu böhtanların heç birində mən bunlara cavab verməmişəm, ancaq səbr etmişəm. Amma artıq bu səbr kasası dolub.
Əsl xəvaric o kəslərdir ki, ölkə başçısının qanını halal sayır, Əli ibn Əbu Talibi, Osman ibn Əfvanı kafir sayır və s... Amma məncə əsl xəvaric yoxdur. Azərbaycanda olan radikal fikirli insanlara ya hizbçi (yəni qruplaşma) deyilir, ya da deyirsən təkfirçi. Bunlar da böyük günah sahiblərini kafir sayırlar. Lakin bunu da mən və ya Mübariz Qarayev heç vaxt deməmişik, bizim əqidəmiz buna yol vermir və biz 13 il bunun əksinə fəaliyyət aparmışıq”-deyə o qeyd etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm