MSK-nın iclası olub
Bizi izləyin

Nida.az

MSK-nın iclası olub

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK-dan Publika.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 28 dekabr və 29 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.

Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərini əsas götürən Komissiya vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul etdi.

İclasda cari məsələlərə də baxıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm