Nida.az
YAP parlament seçkiləri ilə bağlı plan hazırlayır
“Parlament seçkiləri həm dövlətimiz, həm də partiyamız üçün vacibdir. Bu baxımdan, seçkilərlə bağlı planımızı hazırlayırıq”.
Bu barədə Publika.az-a açıqlamasında Yeni
Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili
Siyavuş Novruzov 2015-ci il parlament seçkiləri ilə bağlı
bildirib.
Onun sözlərinə görə, YAP-ın İdarə Heyətinin növbəti iclaslarının
birində bu plan təsdiq olunacaq: “Plan təsdiq olunandan sonra isə
parlament seçkilərinə hazırlığa başlayacağıq. Seçkiyə 8 aya qədər
vaxt qalıb. Biz öz gücümüzə inanırıq. Lakin həmişə olduğu kimi bu
seçkiyə də ciddi şəkildə hazırlaşacağıq”.
S. Novruzov həmçinin bələdiyyə seçkiləri ilə bağlı partiyanın öz
daxilində hesabatların veriləcəyini də bildirib: “Seçkilərdə zəif
və güclü tərəflərimizi analiz edəcəyik, bundan nəticələr çıxararaq
gələcək fəaliyyətimizi quracağıq. Eləcə də ötən il partiyanın ümumi
fəaliyyəti də qiymətləndiriləcək. Nəzərə alsaq ki, bu il parlament
seçkiləri gəlir, fəaliyyətimiz seçki olmayan illərdən
fərqlənəcək”.
YAP rəsmisi digər siyasi partiyaların seçkidə iştirakı məsələsinə
də münasibət bildirib.
“Ölkədə parlament seçkilərinə maraq böyükdür. O cümlədən siyasi
partiyalar bu seçkidə aktiv olmağa, qanunverici orqana mandat əldə
etməyə çalışacaq. Burda dövlət büdcəsindən partiyalara ayrılan
vəsaitdən də söhbət gedir. Hər bir partiya parlamentdə qazandığı
yerlərin sayına görə maliyyələşir”, - deyə S. Novruzov
bildirib.
Asif Nərimanlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı