Nida.az
Konqresin nəşri: “ABŞ dünya ölkələrini Azərbaycan modelinin tətbiqinə səsləməlidir”
ABŞ Konqresinin “Roll Call” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.
Publika.az-a Baş konsulluqdan verilən məlumata görə, “Dini
tolerantlıq: təhlükəli dövrdə işləyə bilən modelin tapılması”
başlıqlı məqalədə Azərbaycanın tarixi tolerantlıq ənənələrindən,
hazırda ölkəmizdə müxtəlif dinlərin dinc şəraitdə birgə mövcudluğu
üçün yaradılmış şəraitin bütün dünya dövlətləri üçün nümunə ola
biləcəyindən bəhs edilir.
Müəllif qeyd edir ki, son illərdə Yaxın Şərqdə baş verən hadisələr
fonunda İslam, xristian və yəhudi dinləri arasında münasibətlərin
gələcəyinə dair bədbinlik hədsiz dərəcədə artsa da, Azərbaycan
nümunəsi bunun əksini göstərir: “Azərbaycanda ölkə rəhbərliyi
tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud
olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi
ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən
birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca
Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və
müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi
icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. Hətta
əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə
qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi
görüblər. İkinci dünya müharibəsi zamanı faşizmdən canını qurtaran
yəhudilər Azərbaycanda sığınacaq tapıblar”.
Baş konsul məzhəblərarası nifrətin Yaxın Şərqi təhdid etdiyi bir
zamanda, Azərbaycanın şiə və sünnilərinin qarşılıqlı hörmət və
ehtiram içərisində yaşamaqda davam etdiklərini vurğulayıb.
N. Ağayev hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və tərəqqisində siyasi hakimiyyətin iradəsinin əvəzsiz olduğuna diqqət çəkib.
“Azərbaycanın dövlət rəhbərliyi daim ölkədə qədim tolerantlıq
ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası
nifrəti rədd edib. Azərbaycanda dövlətin dəstəyi hesabına
sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. O
cümlədən, müxtəlif dini etiqadlar üçün yeni mədəniyyət mərkəzləri
inşa olunmaqda, hər üç dinə mənsub olan qurumlara dövlət vəsaitləri
ayrılmaqdadır”, - deyə o, bildirib.
N. Ağayev bu uğurlu nümunədə ABŞ-ın da maraqlı olmasının
vacibliyini qeyd edib. Onun sözlərinə görə, dünyəvi, tolerant və
inklüziv keyfiyyətlərə malik olan Azərbaycan böhranla üzləşən bölgə
üçün həlledici önəm daşıyır: “Regionda artan təhdidlərlə bağlı ABŞ
Konqresində aparılan müzakirələr zamanı, Azərbaycan kimi dini
azadlıqları təşviq edən və ekstremizmlə mübarizə aparan ölkələrin
müsbət təcrübələrini öyrənmək faydalı olardı. Konqres Amerikanın
tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın
dinlərarası harmoniya modelini işlək nümunə kimi nəzərdən
keçirərək, dünya ölkələrini bu modelin tətbiqinə səsləməlidir”.
Asif Nərimanlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub