Səxavət Əlisoy: “Müsavat Arif Hacılı üçün yumurta sexidir” - İTTİHAM
Bizi izləyin

Nida.az

Səxavət Əlisoy: “Müsavat Arif Hacılı üçün yumurta sexidir” - İTTİHAM

“Mərkəzi İcra Aparatı vəzifəsini Arif Hacılının ölçülərinə görə biçmişdilər. Lakin nizamnamədə belə bir vəzifə yoxdur”.


Bu barədə Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd, Arif Hacılının legitimliyini qəbul etmədiyi üçün partiyadan çıxarılan Səxavət Əlisoy Gülağa Aslanlının icra aparatının rəhbəri təyin olunmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Arif Hacılı ən azı nizamnamədə olmayan qurumu ləğv etməliydi: “Amma onun zehniyyətində demokratiyadan əsər-əlamət yoxdur. Arif Hacılı heç vaxt o qurumun başına müstəqil fikir sahibi olan adamı gətirə bilməz. Partiya yolunda fədakarlıq etmiş, xüsusi əməyi olan özəl fikir sahibi Tural Abbaslını gətirə bilərdi. Tural Abbaslı başqanlığa namizəd idi, gənclərə olan münasibətdən narazılığı var. Tural Abbaslının təyinatı olsaydı, düşünmək olardı ki, Arif Hacılı partiya daxilində narazılıqları səngitmək üçün bu addımı atır. Arif Hacılını tanıyan şəxs kimi deyə bilərəm ki, bu adam heç vaxt özünə biət etməyəni vəzifəyə təyin etməz. Onun yanında olan adamların içərisində azad fikir sahibi yoxdur. Əksəriyyəti Hacılını tutuquşu kimi təkrarlayırlar, yaxud sidq-ürəkdən Arif Hacılıya aşiqdirlər”.


S. Əlisoy Mərkəzi İcra Aparatının sədri postunun ləğv olunmasının vacibliyini bildirib.


“O posta hətta Yaşar Türkazəri də qoysalar, əhəmiyyəti olmayacaq. Gülağa Aslanlı sədaqət prinsipinə görə o postu qazanıb. Düşünürdüm ki, Arif Hacılı onu özünə baş köməkçi qoyacaq. Ancaq bir az dərindən fikirləşəndə elə Mərkəzi İcra Aparatının rəhbəri partiya başqanının baş köməkçisi sayılır. Gülağa baş köməkçi rolunu çox professionalcasına idarə edir. Mediada şəkilləri də yayılıb. Hacılı başqa partiya sədrinin siqaretini yandırır, Gülağa Aslanlı da çətir tutur. Yəqin Hacılı maşınından enəndə onun qapısını açanlara da vəzifə veriləcək. Hacılı zehniyyətində Müsavat Partiyası kiçik MMC-dir, yumurta sexidir. Bu səbəbdən nizamnamədən kənar post yaradıb öz aşiqlərini də o postlara qoyur ki, ətrafı boş qalmasın”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm