Məzahir Pənahov: “Seçkiyə kölgə salmaq niyyəti hiss olunur”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “Seçkiyə kölgə salmaq niyyəti hiss olunur”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


Publika.az xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov 23 dekabr bələdiyyə seçkilərində bəzi qanun pozuntuları haqda səslənən fikirlərə münasibət bildirib: “71 saylı Masallı kənd Seçki Dairəsində hansısa maraqlı qüvvənin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin demokratikliyinə kölgə salmaq niyyəti hiss olunur”.


MSK sədrinin sözlərinə görə, dünyanın heç bir yerində hər şey ideal deyil və seçkilərdə heç bir qanun pozuntusu olmadığının iddia edilməsini düzgün saymır: “Ola bilməz ki, məntəqədə 10 saat səsvermə getsin, hansısa xoşagəlməz hal olmasın. Səsvermə zamanı hansısa pozuntuların baş verməsindən kimsə sığortalanmayıb, seçkidə milyonlarla insan iştirak edir. Məntəqədə kimsə birini itələyib qabağa keçə, məntəqə sədri də onu buraxa bilər. Ancaq bunların səsvermənin nəticəsinə təsiri yoxdur. Masallıdan gələn şikayətlərdə isə iddia edirlər ki, səslər sayılmadı. Çox maraqlı iddialar var. Hiss olunur ki, şikayət edən insanların özləri bu şikayətlərdə maraqlı deyil. O məsələdə marağı olan o dərəcədə sadəlövh fikirlər bildirməz. Ona görə də belə təəssürat yaranır ki, o insanlardan istifadə olunub. Onlara sonradan müraciət edəndə məlum olub ki, çoxları etdikləri şikayətlərin məzmununu yada sala bilmir. Ona görə də Masallıda nə isə bir əl hiss olunur”.


MSK sədri 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının seçkidən öncə namizədlərin qeydiyyatı ilə bağlı fəaliyyətinin yarıtmaz olduğunu da qeyd edib.

İclasda 82 saylı Ağcabədi Seçki Dairəsində Şirnik bələdiyyəsi üzrə 16 və 17 saylı seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq Dairə Seçki Komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

27 Sabunçu İkinci Seçki Dairəsində Kürdəxanı və Pirşağı bələdiyyələri, 64 saylı Sabirabad İkinci Seçki Dairəsində Nizami bələdiyyəsi, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Mahmudavar bələdiyyəsi, 55 saylı Xaçmaz Seçki Dairəsində Qaradağ-buduq kənd bələdiyyəsi, 70 saylı Masalı şəhər Seçki Dairəsi üzrə Çaxırlı bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntuları əsassız sayılıb.

MSK 71 saylı Masallı Kənd Seçki Dairəsində Ərkivan bələdiyyəsi üzrə 4 saylı məntəqədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm