.jpg)
Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut
Ermənistanın azərbaycanlılara qarşı vandalizm hərəkətləri haqda
danışıb.
Publika.az xəbər verir ki, İsrail eksperti 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı vəhşiliyi əsl faşizm adlandırıb: “Bu, əsl faşizm və barbarlıq idi. Bu qeyri-insani hərəkətlər haqda bütün dünya bilməlidir. Dünya həm də bilməlidir ki, bu təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş vandalizmdir. Yüzlərlə Azərbaycan vətəndaşı, uşaqlar, qocalar və qadınlar ermənilər tərəfindən dözülməz işgəncələrin, təhqirlərin qurbanıdır”.
Daha sonra İsrail eksperti erməni vandalizmi ilə üzləşən şahidlərin
fikirlərini xatırladıb.
“Şövqi Əliyev Xəqani oğlu 3 yaşı olanda erməni “həkimlər”
tərəfindən bazu sümüyü kəsildiyi üçün ömürlük şikəst qalıb. Yeni
doğulmuş Gülcamal Quliyevə erməni “həkimi” Aida Serobyanın vurduğu
iynə sayəsində həmişəlik əlil oldu. Babək İlyasov 7 aylıq olanda
onun anası Afiyət Mirzəyeva və atası Aslan Mirzəyev ermənilər
tərəfindən güllələndi. Onun sağ gözü qəlpə yarasından kor oldu.
Lakin ermənilər 7 aylıq körpəni də əsir götürmüşdü, yalnız 4 aydan
sonra qaytardılar. Nəzakət Məmmədovanın atası və anası gözləri
önündə işgəncələrə məruz qaldı. Onların qulaqlarını kəsir, təhqir
edirdilər. Onu ailəsinə 4 milyon rus rubluna satdılar. Ağdam rayon
sakini Kəklik Həsənovun 16 dişini kəlbətinlə çıxartdılar. Yaşlı
qadın Şərqi Rza qızı Şirinovanın Ağdamın işğalı zamanı 8 qızıl
dişini kəlbətinlə çıxarıblar. O, 6 ay dözülməz işgəncələrə məruz
qalıb. Əsir düşmüş Vladimir İvan Şevelev rus olduğu üçün
ermənilərin ona toxunmayacağını ümid edirdi. Lakin ona, xəstə
qardaşına və anasına dəhşətli işgəncələr verdilər. Bu nümunələr
yüzlərlədir”, - deyə o qeyd edib.
A. Qut yüzlərlə azərbaycanlının dəhşətli işgəncələrə məruz
qaldığını vurğulayıb: “Çoxsaylı faktlar onu göstərir ki, əsirlərə
və girovlara dəhşətli işgəncələr tətbiq edilirdi. Onlar vəhşicəsinə
döyülür, qəsdən şikəst edilir, sinələrinə qızdırılmış xaçla
damğalar vurulur, dırnaqları və dişləri qoparılır, yaralara duz
səpilir, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülürdülər.
Dünya bu vandalizmi unutmamalıdır”.
Asif Nərimanlı