Nida.az
Arif Hacılı “əsgər” qardaşını hansı vəzifəyə gətirir?
Arif Hacılı Müsavat partiyasının başqanı seçiləndən sonra qardaşı Mustafa Hacıbəyliyə hansı vəzifəni verəcəyi haqda mediada suallar dolaşırdı.
M. Hacıbəyli keçmiş başqan İsa Qəmbərin müşaviri idi, lakin qurultay zamanı bütün vəzifələr qüvvədən düşdü. Qurultay Hacılı ailəsi üçün uğurlu olsa da, Hacıbəyli indiyə qədər heç bir vəzifəyə təyin olunmayıb. Ehtimallar arasında onun Məclis sədrliyinə gətiriləcəyi var idi. Lakin bu posta gözlənilmədən Nüşabə Sadıqlı seçildi.
Ardınca başqanın qardaşını öz keçmiş postu üçün hazırladığı iddiaları ortaya çıxdı. Arif Hacılı isə bu posta ən yaxın adamı Gülağa Aslanlını gətirdi. Digər tərəfdən, yeni başqanın müavin təyinatlarında da qardaşının adı görünmədi.
Məsələ ilə bağlı Publika.az-a danışan Mustafa Hacıbəyli bildirib
ki, onu hansı vəzifədə görsələr, o işləməyə hazırdır: “Məni hansı
vəzifəyə təyin etsələr, orda işləyə bilərəm”.
“Arif Hacılın sizin qardaşınız olduğu üçün sizə xüsusi bir vəzifə
veriləcəyi iddiaları var” sualını cavabsız qoyan M. Hacıbəyli qısa
olaraq bunları deyib: “Mən əsgərəm, hara desələr, ora da
gedəcəm”.
Asif Nərimanlı
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir