Mustafa Kabaqçı: “Qərb demokratiyadan “dəyənək” kimi istifadə edir”
Bizi izləyin

Nida.az

Mustafa Kabaqçı: “Qərb demokratiyadan “dəyənək” kimi istifadə edir”

“İndi Azərbaycanda demokratiya sürətlə inkişaf edir və bunu çox dövlətlər də görə bilirlər”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda demokratiyanın inkişaf etdiyini görməmək mümkün deyil: “Çox təəssüf ki, bu gün dünyada erməni lobbisinin ciddi fəaliyyəti mövcuddur. Biz bunu qəti unutmamalıyıq. Azərbaycan əleyhinə formalaşan bu cür məlumatların da mənbəyi çox vaxt erməni lobbisinə gedib çıxır. Ona görə də özlərini Azərbaycan vətəndaşı və milləti hiss edən hər kəs birlik yaratmalı və diaspor təşkilatlarımız da bu birliklə hərəkət etməlidir”.

M.Kabaqçı ABŞ-ın ayrı-ayrı qurumları tərəfindən son günlər Azərbaycana qarşı yayılan bəyanatları da siyasi addım kimi qiymətləndirdiyini söyləyib: “Bütün bunları siyasi dəyərləndirmə kimi qiymətləndirirəm. Demokratiya elə bir sistemdir ki, bu sistem birdən-birə deyil, əksinə, tədricən yaxşılığa və güclənməyə doğru gedən bir sistemdir. Adətən, ABŞ və digər Qərb dövlətləri öz maraqları üçün demokratik vəziyyətə məhəl qoymadan, həmin ölkələrlə sıx əməkdaşlıq edir. Ancaq təzyiq və özündən asılı vəziyyətə salmaq istədiyi dövlətlərə gəldikdə, Qərb həmin dövlətlərə demokratiyadan “dəyənək” kimi istifadə edir. Bu da doğru davranış deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm