Nida.az
Spiker ABŞ səfirliyinin əməkdaşını ittiham etdi - AÇIQLAMA
Xəbər verdiyimiz ki, bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.
Publika.Az-ın məlumatına görə, iclasda ilk çıxış edən deputat Zahid Oruc bir neçə gündür mətbuatda müzakirə olunan casus qalmaqalı mövzusundan danışıb. Jurnalist Eynulla Fətullayevin “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı məqaləsinə toxunan Z.Oruc deyib: “İki gün öncə jurnalist Eynulla Fətullayev siyahı dərc etmişdi.
Bilirsiniz, parlament münsif rolund çıxış etmir. Son instansitya biz deyilik. Bu hadisələr bir daha sübut edir ki, müxtəlif beynəlxalq qurum təmsilçilərindən ayrı-ayrı adlar altında Azərbaycana gələn şəxslər ölkəyə təzyiq isətnilir. Hakimiyyət əleyhinə kəskin mövqe tələb olunur. Müxtəlif məmurlara qarşı sanskiayalar tələb olur. Bu bir daha sübut edir ki, media aləmində fəlaiyyət göstərənlərin mənəvi durumu nə yerdədir.
Eynulla Fətulayev Milli Demokratiya İnsitutunun təmsilisini “Facebook” inqilabında ittiham etmişdi. Fikirləşirəm ki, səfirliklər yalnız real mandat çərçivəsində fəaliyyət göstərməlidirlər. Azərbaycan inqilab xarici kapitalla mümkün deyil. Sonuncu müşavirədə prezident bir daha vurğuladı ki, kim rəzil olaraq özünü kimlərəsə satcaqsa, onlar üzə çıxarılacaq”
Zahid Orucun fikirlərinə cavab verən spiker Oqtay Əsədov isə deputata müarciət edərək bu halların hamıya məlum olduğunu söyləyib: “Bunları bilmək üçün nəsə lazım deyil. Elə gündəlik qəzetlərə baxmaq lazımdır. Amerika səfirliyinin bir işçisi vardı ki, Xanım Vinsent, onun “kliçkası” da var idi, “miledi”. Hesab edirəm ki, hələ belə “miledi”lər çox olacaq, biz diqqətli olmalıyıq”.
Vasif Həsənli
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO