Nida.az
İŞİD Bakı neftini hədəf aldı: “Müxtəlif cəhdlər ola bilər” – ŞOK AÇIQLAMA
İŞİD-in Bakı neftini hədəf seçdiyinə dair xəbər yayılıb. “Another Western Dawn News” saytının məlumatına görə, “İslam dövləti”nin “daxili işlər naziri” Abdul Vahid Xudayar Əhməd qruplaşmanın azərbaycanlı üzvləri ilə görüşündə Azərbaycan hakimiyyətini Qərblə əməkdaşlıq etdiyi üçün tənqid edib. Onları rəsmi Bakıya qarşı silahlı mübarizəyə çağırıb.
Sayt qruplaşmanın neftlə zəngin olan Bakıya göz dikdiyini
yazıb.
Abdul Vahid Xudayar Əhmədin özü də Bakının əfsanəvi neft
yataqlarından danışaraq, bu şəhərin islamın ən qiymətli
məkanlarından biri olduğunu deyib.
“Biz İslamın ən qiymətli şəhərlərindən biri olan Bakını xilas
etməliyik. Allahın bu torpaqlara verdiyi təbii sərvətlər İslam
dövlətinin sağlam olmasında mühüm rol oynayacaq”, - deyə İŞİD
“naziri” bildirib.
Bu xəbəri Publika.az-a şərh edən Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini, dini məsələlər üzrə
ekspert Elçin Əsgərov burda üç yanaşmanın olduğunu bildirib: “İlk
olaraq, bunun fiksiya olduğunu deyə bilərik. Əvvəla, İŞİD-in Suriya
və İraqda olduğu kimi Azərbaycanda hərəkət etməsi mümkün deyil.
Çünki ümumi sərhəd yoxdur, arada azı 2 ölkə var. Azərbaycana gəlmək
üçün İŞİD əvvəlcə İraqın hamısını, sonra ya İranı, ya da Türkiyəni
işğal etməlidir. Bu da mümkün deyil. İkincisi, Suriya və İraqda
ciddi məğlubiyyətlə üzləşdiyi və geri çəkildiyi bir dövrdə İŞİD-in
hər hansı bir ölkədə üçüncü cəbhə açması son dərəcə müşkül
məsələdir. Üçüncüsü, Suriya və İraqda İŞİD-in qol-qanad açmasına
imkan yaradan şərait Azərbaycanda yoxdur”.
Lakin ekspert İŞİD-in ən ağlasığmaz addımlara gedə biləcəyini
istisna etməyib.
“İŞİD-in müəyyən qlobal beynəlxalq dairələrin təsiri altında
olduğunu, əksər hallarda onların sifarişini yerinə yetirdiyini
nəzərə alsaq, həmin dairələrə lazım olduğu təqdirdə onların
sifarişi ilə bu qruplaşma ən ağlasığmaz və avantürist aksiyalara da
gedə bilər. O cümlədən Qafqazı da hədəf ala bilər. Məncə,
Azərbaycan hədəf seçilmiş olsa belə, burada əsasən Rusiyanın cənub
sərhədlərində gərginlik yaratmaq məqsədilə ola bilər. Yəni əsas
hədəf bütövlükdə Qafqaz regionu ola bilər.
Məqsəd də son nəticədə Rusiyadır. Lakin yuxarıda qeyd etdiklərimə əsasən, bu avantüra hərbi müdaxilədən ibarət ola bilməz. Sadəcə İŞİD Qafqazda hansısa terror aktları həyata keçirməyə cəhd edə bilər. Gizli şəbəkələr yaradaraq, silahlı aksiyalar keçirmək istəyər və s. Amma inanıram ki, bunu da bacarmaz. Çünki hazırki şəraitdə İŞİD-lə bağlı məsələdə regionun bütün dövlətlərinin mövqeyi eynidir və heç kim qonşusunda belə təhlükənin yaranmasına şərait yaratmaz. Bu təhlükəyə qarşı bir-birinə kömək edər. İkincisi, Azərbaycanın özünün təhlükəsizlik orqanları hazırda bu təhlükənin öhdəsindən gəlmək iqtidarındadır”, - deyə E. Əsgərov bildirib.
Asif Nərimanlı
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO