Nida.az
“Los Angeles Times”: “Qarabağda mütləq müharibə baş verəcək”
Ukrayna münaqişəsi keçmiş Sovet İttifaqı ərazisində sonuncu dondurulmuş münaqişə ola bilər.
Publika.az xəbər verir ki, Amerikanın “Los Angeles
Times” qəzeti Dağlıq Qarabağ münaqişəsi və post-sovet məkanında
həll olunmayan digər münaqişələrdən yazıb.
Nəşr son həftələr Ukrayna cəbhələrində hərəkətin tamamilə
dayandığını bildirir: “Rusiyanın dəstəklədiyi separatçılar qış
mövsümündə müdafiə taktikasına keçir. Bu, I Dünya müharibəsi
təcrübəsini xatırladır. Görünən budur ki, Ukrayna dondurulmuş
münaqişələr siyahısını doldura bilər. Belə bir vaxtda dünya
Rusiyanı yalnız ittiham edir. Hansısa müdaxilədən isə söhbət gedə
bilməz. 23 il öncə Sovet İttifaqı dağılanda Moldova üçün
Dnestryanı, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi miras qaldı.
6 il öncə eyni ssenarilər Abxaziya və Cənubi Osetiyada təkrarlandı.
Hər bir münaqişə ocağında qondarma yaradılmış oyuncaq hökumətlər
var”.
Nəşr dünyada ən qədim dondurulmuş münaqişə kimi Kəşmiri
göstərir.
“Hindistan və Pakistan arasındakı bu münaqişədən 60 il keçir.
Bundan başqa, Şimali və Cənubi Koreya arasındakı münaqişənin də
tarixi uzaqlara gedir. Bu münaqişə ocaqları nə qədər dondurulmuş
hesab olunsa da, daim partlamağa hazırdır. Biz daim tərəflər
arasında silahlı qarşıdurmanın şahidi oluruq. Bununla yanaşı,
Dağlıq Qarabağ münaqişəsi də dondurulmuş münaqişə adlanır. Lakin
son proseslər göstərir ki, bu münaqişə hər an alovlana və bölgədə
yeni müharibəyə səbəb ola bilər”, - deyə nəşr bildirir.
“Los Angeles Times” Dağlıq Qarabağda müharibənin qəfil başlaya
biləcəyini hesab edir. Nəşrə görə, tərəflər arasında qarşıdurma
olsa da, sülh danışıqlarına sadiqlik bu vaxta qədər qalır: “Lakin
dünya birliyi gözlənilməz müharibə ilə qarşılaşa bilər. Çünki hər
keçən gün müharibəyə zəmin yaranır və sadəcə, kiçik bir qığılcıma
bənddir. Problemə beynəlxalq cəmiyyət laqeyd yanaşır. Göründüyü
kimi, dünya nə Dağlıq Qarabağ, nə də digər münaqişələrə məhəl
qoyur. Burda beynəlxalq hüquq pozulub. Belə münaqişələrdə çox zaman
faktiki qalib mövcuddur. Lakin bu qalibiyyət həmişəlik deyil və bir
gün balans dəyişəcək. Bunun üçün də mütləq müharibə baş
verəcək”.
Beynəlxalq tədqiqatlar institutunun eksperti, Avrasiyada nüvə
silahının yayılmasına qarşı proqramın direktoru Bryan Lee böyük
dövlətlərin dondurulmuş münaqişə ocaqlarından əlavə meydança kimi
istifadə etdiyini bildirib.
“Harada super dövlətlərin maraqlarından söhbət gedirsə, orda digər
dünya ölkələrinə çox da söz düşmür. Ukrayna göstərdi ki, beynəlxalq
hüquq zəif saplarla hörülüb və bir həmləyə qırılıb tökülür. Əgər
sönmüş münaqişələr yenidən alovlanarsa, daha böyük ABŞ-Rusiya
qarşıdurması yaşana bilər”, - deyə Lee vurğulayıb.
Asif Nərimanlı
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom