Nida.az
Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bəxtiyar
Vahabzadənin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam
imzalayıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, 2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış
dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan
Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu
Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə
malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi
ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli
poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai
fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol
oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin
saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm
istiqamətlərindən birini təşkil edirdi.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikrin
inkişafına dəyərli töhfələr bəxş etmiş xalq şairi Bəxtiyar
Vahabzadənin 90 illiyinin keçirilməsini təmin etmək məqsədi ilə
qərara alıb:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90
illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ