Nida.az
Azərbaycan səfirinin cavab məktubu “The Guardian” qəzetində
Britaniyanın “The Guardian” qəzeti ötən nömrələrinin birində Dağlıq Qarabağ ərazisinə turistik səyahətlə bağlı məqalə dərc edib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin qəzetdə həmin məqaləyə cavab məktubu dərc olunub.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, səfir qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazisidir və hazırda erməni silahlı qüvvələrinin
işğalı altındadır. Bu ərazinin turistik zona kimi təqdim edilməsi
həm beynəlxalq qanunlara, həm də Azərbaycan xalqına ən azı
hörmətsizlikdir. Həmçinin bu, işğal altında olan ərazini nəzarətdə
saxlamaq üçün təcavüzkarı təşviq etmək, yüz minlərlə qaçqın və
məcburi köçkünün hüquqlarını tapdalamaqdır.
Cavab məktubunda vurğulanır ki, “The Guardian” separatçı rejimlərə
qarşı öz mövqeyini bildirən bir mətbuat qurumudur. Eyni həssaslığın
Azərbaycana da göstərilməsi vacibdir.
Britaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın
işğal altında olan digər ərazilərinə səyahətlə bağlı xəbərdarlıq
edib. Bu ərazini “səyahət zonası” adlandırması dezinformasiyadır və
ictimaiyyəti yanıltmaq deməkdir. Nəzərə alınmalıdır ki,
Azərbaycanın işğal altındakı torpaqlarına icazəsiz girənlər
gələcəkdə ölkənin digər ərazilərinə səyahət etməkdən məhrum
olunurlar.
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi