Ermənilər “qatili” tapdı: “Gümrü hadisələri Azərbaycan və Türkiyənin marağındadır”
Bizi izləyin

Nida.az

Ermənilər “qatili” tapdı: “Gümrü hadisələri Azərbaycan və Türkiyənin marağındadır”

Ermənistanın keçmiş ombudsmanı Rusiyanın Gümrü hərbi bazasının hərbi qulluqçusunun 6 nəfərlik erməni ailəsini qətlə yeitirməsinə maraqlı reaksiya verib.


Publika.az xəbər verir ki, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan Gümrü hadisəsinin və sadə ermənilərin buna reaksiyasının Azərbaycan və Türkiyənin marağında olduğunu deyib: “Ermənistanda hər-hansı anti-Rusiya isterikası yersizdir. Rusiya ilə Ermənistanın münasibətlərinin təkrar gözdən keçirilməsini tələb edərək problemi geosiyasi sahəyə daşımaq lazım deyil. Bu faciəli hadisələri planlaşdıranlar bizim emosiyalarımızı bilir. Mən dəqiq deyə bilmərəm bunu kim və niyə edib. Lakin bu məsələ Azərbaycan və Türkiyənin xeyrinə olan məsələdir”.


Erməni ombudsman cəmiyyətdən cinayətlə bağlı həqiqətin gizlədilməsini tənqid edib: “Gümrüdə polisin ləng davranışı bizim hakimiyyətin bağışlanmaz səhvidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm