“Foreign Affairs”: “Moskva Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir” - MÖVQE
Bizi izləyin

Nida.az

“Foreign Affairs”: “Moskva Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir” - MÖVQE

“Rusiya Azərbaycanı məmnuniyyətlə Avrasiya İttifaqında görmək istəyir”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Affairs” nəşrində yayımlanan “Avrasiya illüziyası” başlıqlı məqalədə deyilir.


Nəşr Rusiyanın artıq 20 ildir keçmiş sovet respublikalarının bərabərhüquqlu inteqrasiyaya çağırdığını bildirir: “Daha əvvəl də bu hədəfə nail olmaq üçün uğursuz cəhdlər olub. Söhbət Müstəqil Dövlətlər Birliyindən (MDB) gedir. Uçurumun kənarında olan bu birlik Azərbaycanı, Ermənistanı, Belarusu, Qazaxıstanı, Qırğızıstanı, Moldovanı, Tacikistanı, Ukraynanı, Özbəkistanı və Rusiyanı özündə birləşdirirdi. Lakin MDB yarandığı gündən işlək mexanizmi olmayan quruma çevrildi. 2010-cu ildə Rusiya yeni cəhdlər etdi. Nəticədə Belarus və Qazaxıstanı Avrasiya İttifaqının əsasını təşkil edən Gömrük Şurasına daxil etməyi bacardı. Əvvəldən Moskva təşkilatın iqtisadi inkişafa nail olacağına və siyasi inteqrasiyaya gətirib çıxaracağına ümid edirdi. Lakin hər şey gözlənildiyi kimi olmadı. Xüsusilə ittifaq üzvləri arasında iqtisadi tarazlığın olmaması diqqət çəkir. Təbii ki, belə bir tarazlığın olmaması ilk növbədə Rusiya üçün əlverişlidir. Çünki bu halda digər dövlətlər həmişə ikinci dərəcəli olacaqlar. Lakin rublun məzənnəsinin düşməsi Moskva üçün də yeni çətinliklər yaratdı”.


Nəşr Rusiyanın Avrasiya İttifaqı fonunda yeni hədəflərinə də toxunub. İddialara görə, Kreml Azərbaycanı bu ittifaqda görmək istəyir.


“Ən azından Moskva bundan məmnun olardı. Lakin Bakı Avropa Birliyinə yox dediyi kimi, eyni cavabı Avrasiya İttifaqına da verdi. Qafqazın digər ölkəsi olan Ermənistan isə Avropa Birliyini aldadaraq Putinin ittifaqını seçdi. İrəvanın bu addımı ruslar tərəfindən alqışla qarşılandı. Amma zəif iqtisadiyyata malik Ermənistan ümumilikdə ittifaq üzvlərinə başağrısı olacaq. Bu ölkə ilə quru əlaqəsinin olmaması da əlavə problemlər yaradır. Rusiya quru yolu açmaq niyyətində olsa da, yenə də qazandığı heç nə yoxdur”, - deyə nəşr yazıb.


Foreign Affairs” Avrasiya İttifaqını illüziya adlandırır və bu qurumun perspektivsiz olacağını vurğulayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm