Elmar Məmmədyarov Misirin “Əl-Cumhuriyyə” qəzetinə müsahibə verib
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Misirin “Əl-Cumhuriyyə” qəzetinə müsahibə verib

Misirin nüfuzlu və yüksək tirajlı qəzeti olan “Əl-Cumhuriyyə” qəzetində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi dərc edilib.

Misirin nüfuzlu və yüksək tirajlı qəzeti olan “Əl-Cumhuriyyə” qəzetində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi dərc edilib.

Publika.Az –a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

XİN rəhbəri müsahibəsində Azərbaycan ilə Misir arasında zəngin tarixi əlaqələrin mövcud olduğunu, Azərbaycanın yenidən müstəqillik qazandıqdan sonra münasibətlərin daha da genişləndiyini vurğulayıb. E.Məmmədyarov siyasi müstəvidə iki ölkə arasındakı münasibətlərin qarşılıqlı anlaşma, siyasi məsləhətləşmələr, ikitərəfli görüşlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla müşayiət olunduğunu diqqətə çatdırıb. Həmçinin nazir Azərbaycan və Misirin qlobal problemlər və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ümumi baxışları paylaşdıqlarını qeyd edib.

Azərbaycan və Misir arasında iqtisadiyyat və ticarət sahələrində, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini deyən E.Məmmədyarov kənd təsərrüfatı, turizm və əczaçılıq kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli potensialın olduğunu vurğulayıb. Azərbaycan xarici işlər naziri Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesində oynadığı rolu barəsində ətraflı məlumat verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm