Nida.az
“Seçkilərdə ziyalıların Müsavata qoşulmasına nail olacağıq”
“Yaxın zamanlarda biz Azərbaycanda olan nüfuzlu bitərəf ziyalıların, mütəxəssislərin Müsavatın komandasına iştirak etməsinə, seçki dönəmində bizim siyahıda mövcud olmalarına nail olacağıq”.
Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.Az –a açıqlamasında deyib. Müsavatın kifayət qədər ciddi siyasi qurum olduğunu deyən A. Hacılı bildirib ki, Müsavat rəhbərliyində Azərbaycan siyasətinə təsir etmək imkanlarına malik olan insanlar toplaşıb: “Müsavatın vitrini Azərbaycanda mövcud olan bir çox siyasi partiyaların vitrinindən daha cəlbedicidir. Müsavatın Divanında, Məclisində, digər strukturlarında təmsil olunan insanlar ictimai-siyasi xadim, eləcə də dövlət xadimi olmaq, istər elm və digər sahələrdə nüfuz baxımından Azərbaycanda mövcud olan bir çox siyasi koalisiyaların rəhbərliyində təmsil olunan şəxslərdən daha çox təsir imkanlarına, cəmiyyət arasında daha çox nüfuza malikdirlər”.
A. Hacılı müxalifətin yeni koalisiyasının yaradılması məsələsinə
münasibət bildirib. Onun sözlərinə görə, yeni koalisiyanın vacib
şərtləri var: “Ciddi koalisiyaların yaradılması üçün bizim
partiyanın üzvü olmayan şəxslərin, xüsusilə ziyalıların, ayrı-ayrı
sahələr üzrə mütəxəssislərin seçki kampaniyası dövründə Müsavatın
siyahlarında mövcud olması, komandasına qatılması həddən artıq
vacib şərtlərdən biridir. Düşünürəm ki, yaxın zamanlarda nüfuzlu
ziyalıların, mütəxəssislərin bizim komandaya qoşulmasına nail
olacağıq”.
Asif
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib