Müdafiə naziri Serbiyaya rəsmi səfər edəcək
Bizi izləyin

Nida.az

Müdafiə naziri Serbiyaya rəsmi səfər edəcək

Azərbaycanın müdafiə naziri Zakir Həsənov fevralın 17-18-də Serbiya Respublikasına rəsmi səfər edəcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Serbiyanın müdafiə naziri cənab Neboyşa Rodiçin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Serbiya Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması nəzərdə tutulub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm