Nida.az
XİN: “Azadlıq radiosu” Ermənistan işğalını təbliğ edir
“Azərbaycanın rəsmi icazəsi olmadan “Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununun pozulmasıdır”.
Publika.az xəbər verir ki, bu barədə mətbuata
açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, “Azadlıq radiosu”nun bu cür qərəzli
davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına
hörmətsizliyin daha bir nümunəsidir: “Ermənistanın Azərbaycana
qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov
götürülmüş soydaşlarımızla əlaqədar məsələlərə daim laqeyd və
etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar
vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində
yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq
edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə
toxunur. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs
“arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək”.
Qeyd edək ki, “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən
internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə
“Azadlıq Radiosunun”nun əməkdaşı kimi təqdim olunan Margot Buff
adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə
xəbər verilir.
Asif Nərimanlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ