Nida.az
2015-ci ildə gözlənilən müharibələr: siyahıda Qarabağ da var – ŞOK
Dünya yavaş-yavaş qlobal müharibəyə doğru addımlayır. Ukraynada ciddi toqquşmalar gedir, Suriya isə cəhənnəmə dönüb. Rusiya və İran hərbi sahədə yaxınlaşmaq istiqamətində danışıqlar aparır. Avrasiyada anti-Amerika ritorikası güclənir.
Publika.az xəbər verir ki, Ukraynanın “vesti.ua”
saytı 2015-ci ildə baş verə biləcək müharibələri araşdırıb.
Sayt Çinin platinlə zəngin olan Myanmanın şimalını faktiki olaraq
zəbt etdiyini, ABŞ-ın Avropa və Asiyaya şist qazının ötürülməsini
sürətləndirdiyini, Rusiyanın buna qarşı revanşına hazırlaşdığını
yazıb: “Neftin qiyməti düşür. Türkiyə Kipr məsələsində Yunanıstanla
gərginləşməyə gedir. Növbəti Qarabağ müharibəsi hər an baş verə
bilər. Azərbaycan və Ermənistan sərhədində toqquşmalar hər keçən
gün artır. Yaponiya öz sularında Rusiya bayrağı ilə balıqçı
gəmisini həbs edir və yeni diplomatik qalmaqal yaranır. Yapon
səfirini Moskvadan geri çağırırlar. Cənubi Amerikada Venesuela əsas
qeyri-sabit nöqtədir”.
“Vesti.ua” Ukraynanın Avropa seçiminin acı nəticələrinə
toxunur.
“Ukrayna iqtisadiyyatı iflas edir, ərazilər itirilib, müharibə,
ölüm və nifrət evimizin içindədir və bütün bunların aradan
qaldırılması üçün onilliklər lazım olacaq. Biz Yanukoviçin
getməsinə inanmırdıq. Düşünürdük ki, Ukrayna Belarusa çevriləcək.
Biz heç kimin müharibələrdən qorxub işğalçının yanında yer almasını
istəmirdik. Hansı ki, İrəvanın taleyi buna nümunədir. Ermənistan II
Qarabağ müharibəsindən qorxaraq başıaşağı şəkildə Avrasiya
İttifaqına getdi. Bütün bunları heç kim istəmirdi. Lakin dünyada
mənzərə dəyişib və 2015-ci il müharibələr ili ola bilər”, - deyə
sayt yazıb.
Bu müharibələr sırasına isə Uzaq Şərqdə Çin - Myanma, Yaponiya -
Rusiya, Avropada Rusiya - Ukrayna, Türkiyə - Yunanıstan, Qafqazda
Ermənistan - Azərbaycan və dünyanı yerindən oynadacaq Qərb və Şərq
münaqişələri daxildir.
Sayt bu müharibə ehtimallarının yüksək olduğunu yazıb, fikrini Ukraynadan sonra dünyada yaranmış qarışıq durumla əsaslandırıb.
Asif Nərimanlı
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər