Nida.az
“Onları idarə edənlərin tapşırığını icra edirlər” - Müsavatçı gənc detalları açıqladı
Müsavat Gənclər Təşkilatı iki qrupa bölünüb və qruplar arasında
münasibətlər gərgin atmosferdədir. Məlumatlara görə, qrupların biri
hazırki sədr Əhliman Əmiraslanovun tərəfdarları, digəri ilə ötən il
təşkilata keçirilən nəticələri ləğv edilmiş seçkilərdə qalib
gələnlərdir.
“Mən sədr seçiləndə gizli yollarla mətbuata məlumat
ötürürdülər ki, guya pozuntular baş verib”
Ləğv edilmiş seçkinin qalibi Cavid Hacıbəyli Publika.Az –a açıqlamasında lap əvvələ
qayıdaraq təşkilatda baş verənləri şərh edib. Əvvəl danışmaq
istəmədiyini, lakin buna məcbur olduğunu deyən gənc müsavatçı bəzi
xırda detallara da toxunmaq istədiyini açıqlayıb: “Çünki sosial
şəbəkələrdə zaman-zaman bizə böhtan atılır. Demokratiyadan
danışırıqsa öz içimizdə olanları da tənqid etməliyik. Müsavat
Gənclər Təşkilatı hər zaman, əsasən də Tural Abbaslının sədrliyi
dönəmində ən güclü gənclər təşkilatı olub. Mən və GT-nin
rəhbərliyinə daxil olan Əhəd Məmmədli, Rüfət Hacıbəyli Müsavat
GT-nın güclənməsi, üzvlərimizin sayının artırılması, kəmiyyətinə və
keyfiyyətinə görə də ölkədə ən böyük gənclər təşkilatı olması üçün
əlimizdən gələni etmişik, buna da nail olmuşduq. Həbslər,
təzyiqlər, təqiblərlə üzləşmişik dəfələrlə. Bunu hər kəs
bilir”.
2013-cü ilin avqust ayında olan nəticələri ləğv edilmiş
seçkilərə toxunan C. Hacıbəyli bildirib ki, o, demokratik,
ədalətli, qanuni keçirilmiş seçkilər əsasında sədr seçilib: “Lakin,
seçkinin nəticələri təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlının
verdiyi absurd, uydurma bir arayışla ləğv edildi. Guya seçkidə
nəticələrin ləğvinə gətirəcək pozuntular baş vermişdi. Halbuki,
belə hallar baş verməmişdi, sadəcə partiyada olan qruplaşmalar və
onların sifarişini həyata keçirən bir neçə gəncin provakasiyası
nəticəsinə ləğv edildi. Mən sədr seçiləndə gizli yollarla mətbuata
məlumat ötürürdülər ki, guya seçkidə pozuntular baş verib. Və həmin
şəxslər də özləri bildirirmişlər ki, mətbuata ötürülməsə, partiya
bu məsələyə ciddi yanaşmayacaq. Əgər pozuntu var idisə, nə üçün
avqust konfransında keçirilən seçkidə yaradılmış say komissiyasının
qarşı tərəfdən olan dörd nəfər üzvləri- Elçin Cərullazadə, Əbülfəz
Sadıqbəyli, Fərəc Kərimov, Günel Rəhimli seçkinin yekun
nəticələrini əks etdirən protokola imza atmışdılar? Pozuntu baş
vermiş idisə imza atılmamalı idi. Ancaq sonradan onlara gələn
göstərişlə şikayət hazırladılar ki, guya 9 bülleten artıq çıxıb və
s pozuntular baş verib. Halbuki bülletenləri onların özləri bir-bir
ayrı ayrılıqda saymışdılar”.
“Gənclər təşkilatı heç kimin özəl mülkü deyil ki,
istədiklərini çıxarsınlar”
C. Hacıbəyli qeyd edib ki, adlarını sadaladığı və digər üç nəfərə seçkinin nəticələri ləğv ediləndə partiyanın divanı tərəfindən xəbərdarlıq cəzası verilib. Beləliklə, say komissiyasının yeddi üzvünə xəbərdarlıq edilib. “Bundan sonra həmin şəxslərin durub biz tərəfə böhtan atması ki, guya nəticələri saxtalaşdırıblar, verilmiş xəbərdarlıqdan da görünür ki, həmin şəxslərin özlərinə xəbərdarlıq edilib. Partiyadan əvvəl çıxarılan iki gəncimiz də yenidən üzv olmaq üçün müraciət edəcəklər. Amma 17 noyabr konfransından sonra gənclər təşkilatından çıxarılmış Cavanşir Abbaslı, Azər Ağayev, Kərim Kərimli, İlkin Sərdar, Nicat Sərdar tamamilə absurd əsaslara təşkilatdan çıxarılıb. Bu nə biabırçılıq, bu nə rəzalət, bu nə geri təfəkkürlülük?! Buranı Kommunist Partiyasına çevirməyə çalışanların arzuları ürəklərində qalacaq”-deyə o diqqətə çatdırıb.
C. Hacıbəyli vurğulayıb ki, gənclər təşkilatı heç kimin özəl
mülkü deyil, istədiklərini çıxarsınlar: “Biz canımızla, hər cür
təhlükə, təzyiq və təqiblərə rəğmən gənclər təşkilatını yüksəltdik,
qoruduq, indi bu təşkilat üçün bütün məhrumiyyətlərə məruz
qalanları təşkilatdan çıxaran zehniyyət heç bir əndazəyə sığmayan
qanunsuzluq edərək gəncləri təşkilatdan çıxarırlar! Bu gənclər
hakimiyyətdənmi qorunsular, yoxsa təşkilatındakı bəzi qanunsuzluq
edənlərdənmi? Təşkilatın sədri deyir ki, mənim çıxarmaq
səlahiyyətim yoxdur, guya mən şikayət etməmişəm, amma başqaları
şikayət edib, NTK da çıxarıb. Bu bilirsiniz nəyə bənzəyir?
Hakimiyyət bizi şərləyib həbs elətdirir, sonra deyirlər bizlik heç
nə yoxdur, məhkəmə müstəqildir. Çox gülüncdür, belə idarəçilik
olmur, birləşdirici və barışdırıcı mövqe tutmaq lazımdır. Sədr də
tərəf tutursa o zaman düzgün idarəçilik olmur. İdarəçilik anlayışı
genişdir, bunu hər kəs bacara bilməz”.
“Onları idarə edənlərin tapşırıqlarını icra edir,
ambisiyalarını həyata keçirib guya “təmizləmə”
aparırlar”
C. Hacıbəyli hesab edir ki, bu qanunsuz hərəkətlər bunu
edənlərin öz hərəkətlər deyil: “Onları idarə edənlərin
tapşırıqlarını icra edirlər, onların ambisiyalarını həyata keçirib
guya “təmizləmə” aparırlar: “Kimdən və nədən təmizləyirlər? Bu da
liderlik qabiliyyəti olan gənclərin, partiya daxilində söz sahibi
ola biləcək, potensiallı gənclərin qarşısını almaq üçün edilmiş
hərəkətlərdir. Müsavat Partiyası 100 ildən çoxdur mübarizə aparır,
biz Müsavata karyera üçün gəlməmişik. Müsavat Partiyasına bir daş
dəyəndə bizədəymiş hesab edirik, çünki Müsavat adı təkcə partiya
ilə məhdudlaşmır. Əminliklə deyirəm ki, Azərbaycanın, üçrəngli
bayrağımızın adı birbaşa Müsavatla bağlıdır. İndi bəzi xoşagəlməz
hallara görə partiyanı gözdən salmaq olmaz, biz çox narahatıq
bundan. Belə halların qarşısını almaq üçün də dözümlü yanaşmağa
çalışırıq. Bundan sui-istifadə etmək də yumşaq desək
haqsızlıqdır”.
Asif Nərimanlı
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?