Deputat: “Orta məktəblərdə kişi müəllimlərin çatışmazlığı mövcuddur”
Bizi izləyin

Nida.az

Deputat: “Orta məktəblərdə kişi müəllimlərin çatışmazlığı mövcuddur”

“Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin çatışmazlığı mövcuddur”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, orta məktəblərdə qadın müəllimlərin sayı daha çoxdur. L.Abdullayeva deyib ki, gənc nəslin formalaşmasında kişi modeli daha mühümdür: “Biz təkcə şagird deyil, əsgər yetişdiririk. Mən bu sahədə çalışır və məsələnin mahiyyətini bilirim. Bəlkə, hansısa addımlar ataq?”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm