Qüdrət Həsənquliyev: “Narkomanları həbsxanalara doldurmaq lazım deyil”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Narkomanları həbsxanalara doldurmaq lazım deyil”

“Kənd təsərrüfatı korporasiyası haqqında qanun layihəsinin qəbul ediləcəyinə inanıram”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev bildirib.

O, “Elm haqqında" qanun layihəsinin də qəbul ediləcəyini söyləyib: “Təhlükəsizlik və Müdafiə Komitəsi də iki qanun layihəsi hazırlayıb və hesab edirəm ki, bunlar olduqca lazımlı qanunlardır”.

Daha sonra Q.Həsənquliyev təklif edib ki, sessiyada narkomaniya ilə bağlı qanun layihəsinə baxılsın: “Son zamanlar bu bəlaya qurşanan gənclərin, xüsusilə gənc qızların əhatəsi genişlənir. Bütün dünya sarmaqda olan bu bəla bizdə də geniş yayılır. Bu gün həbsxanada yatan məhbusların təqribən 30 faizi narkomanlardır. Biz qanun qəbul edəndə müəyyən etmişik ki, hansı miqdarda narkotik maddə şəxsi istifadə üçün qəbul edilə bilər. Neçə qram olanda isə satış məqsədi daşıyır. Bizdə ən çox istifadə olunan marixuana və tiryəkdir. Biz qanunda yazmışıq ki, narkomaniya xəstəlikdir. Bizim cəzaçəkmə müəssisələrimiz xəstəxana deyil. Əgər biz qanunda bunu xəstəlik hesab etmişiksə, deməli, onları müalicə etməliyik. Son zamanlar çoxlu sayda həbslər var. Daha çox onu istifadə edənlər və aparıb-gətirənlər tutulur. Əsas şəxslər tutulmur, çünki onlar burada olmurlar. Biz çalışıb, sindikatı ifşa etməliyik. Azərbaycanda da, xaricdə də narkobaronlar bir-birlərini ifşa edir, həbsə salmaq istəyirlər. Biz çalışmalıyıq ki, dövlət strukturlarının iştirakı ilə dinləmələr keçirək. Biz bu qanunu dəyişməliyik. İndi məktəbliləri, tələbələri bu xəstəliyə təşviq edirlər. Son zamanlar oğurluqla bağlı cinayətlər artır. Yaşlı insanların evinə girib qətlə yetirir, 3-5 manatlarını götürürlər. Narkomaniya başqa cinayətlərə də yol açır. Məncə, məktəblərdə, universitetlərdə ciddi təbliğat aparılmalıdır. Bu bəlaya qarşı mübarizə üçün ilk olaraq, qanunvericiliyə baxmalıyıq. Narkoman olmaq cinayətkar olmaq deyil, xəstəlikdir. Dünya təcrübəsi bunu deyir. Onları həbsxanalara doldurmaq lazım deyil. Mən çox istərdim ki, biz bu sessiyada qanunvericiliyi müzakirə edib, dəyişikliklər edək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm