Siyavuş Novruzov: “Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı böhtanların sayı artır”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı böhtanların sayı artır”

“Dünyada baş verən böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı yüksəlir. Ölkədə pensiyalar, yeni iş yerləri artır”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda olan ictimai siyasi sabitlik xaricdən bəzi dairələri narahat etdiyi kimi, onların buradakı vassalı olan idrakı sönük partiya sədrlərini də narahat etməyə başlayıb.

S. Novruzov deyib ki, Azərbaycanda görülən işlərə kölgə salmaq üçün həmin şəxslər müxtəlif primitiv şərhlər vermək istəyirlər: “Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Biz neft istehsal edən ölkələrə nəzər salsaq görərik ki, Azərbaycan bunların içərisində ən uğurlu neft siyasəti aparan dövlətdir. Bunu Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, neftdən gələn gəlirlərin idarə edilməsi ilə bağlı hesabatlar təqdim edən təşkilatlar da dəfələrlə bildiriblər. Məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub. Ancaq bunları görmək istəməyən qüvvələr bu məsələlərə qara yaxmağa çalışırlar. Birinci Avropa Oyunları yaxınlaşdıqca, xaricdən və daxildən olan belə qüvvələrin böhtanlarının sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi, Azərbaycan haqq yolundadır. Təbii ki, bundan sonra da bu yolu davam etdirmək lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm