
Milli Məclisin bu gün keçirilən iclasında “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı təklif olunan layihə müzakirəyə çıxarılıb.
Publika.az-ın məlumatına görə, layihə barədə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Layihəyə əsasən qanunun 23.1-ci maddəsi dəyişərək aşağıdakı redaksiyada verilir: “Fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta etdirilir”.
Layihə səsə qoyularaq qəbul olunub.
Vasif Həsənli