İsa Qəmbərin qardaşı vəsiyyət etdi: “Məni orda dəfn edin”
Bizi izləyin

Nida.az

İsa Qəmbərin qardaşı vəsiyyət etdi: “Məni orda dəfn edin”

Müsavatın keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı, Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər vəsiyyət edib.


Publika.az xəbər verir ki, R. Qəmbər İsa Qəmbərə, Qubad İbadoğluya və əcdadları Qarabağda dəfn olunmuş vətəndaşlara müraciət edib.


“2015-ci ilin Azərbaycana uğurlar qazanmağa imkan verən il olması üçün ən ağıllı fikirlərimizi intensiv müzakirə etməyi təklif edirəm. 22 illik fasilədən sonra Füzulidə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə və Şuşada dədə-babalarının, əcdadlarının qəbirlərini ziyarət etmək istəyənləri işbirliyinə dəvət edirəm. Qubad İbadoğlunun tərəfdarları və mənim tərəfdarlarımın rasional, maksimal, optimal və adil prinsiplərlə işbirliyinə başlayaraq, 2015-ci ildə Qarabağ probleminin ədalətli və əbədi həllinə nail ola bilərik. Gəlin, 50 milyonluq Azərbaycan xalqının bütün təkliflərinin ən yaxşılarının müzakirəsinə başlayaraq, Azərbaycanın nə dərəcədə istedadlı və ədalətli insanların yaşadığı dövlət olduğunu tanıdaq.

2015-ci ildə, bəlkə də, mənim son imkanım olsa da, Qarabağdakı əcdadlarımızın qəbirlərini ziyarət etmək istəyirəm. Əgər ölərəmsə, Füzuli şəhərində əcdadlarımızın yaxınlığında, Cümşüd babamın yanında dəfn olunmağımı bütün əzizlərimə vəsiyyət edirəm”, - deyə R. Qəmbər qeyd edib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm