Prezident Avropa Oyunları ilə bağlı görülən işlərlə tanış olub
Bizi izləyin

Nida.az

Prezident Avropa Oyunları ilə bağlı görülən işlərlə tanış olub

Fevralın 3-də Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, dövlətimizin başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verildi.


Prezident İlham Əliyev Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlandı.


Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxdılar.


Prezident İlham Əliyevə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verildi. Bildirildi ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.


Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm