“The Hill”: “Krımla bağlı akt Dağlıq Qarabağa da aid edilməlidir”
Bizi izləyin

Nida.az

“The Hill”: “Krımla bağlı akt Dağlıq Qarabağa da aid edilməlidir”

Ermənistan Azərbaycanın 20 faiz torpağını Rusiyanın köməyi ilə işğal edərək burda qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdı. Bu, Rusiyanın Krımı ilhaq etməsindən çox əvvəl baş verib.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşri yazır.


Nəşr bu gün Krımın Rusiya tərəfindən işğalına qarşı ABŞ-ın sərt mövqeyini təqdir edir: “Krım işğal ediləndən sonra Rusiyaya qarşı çıxarılan H.R 93 aktı dəstəyə layiqdir. Bu akta görə, heç bir qurum, təşkilat Krımın müstəqilliyini tanıya, yaxud ona bu işdə yardım edən addım ata bilməz. Lakin Rusiyanın yardımından ilhamlanaraq yaradılan oyuncaq rejimlər bununla bitmir. Görünən budur ki, H.R 93 aktı təkcə Krıma şamil edilməməlidir”.


“The Hill” Rusiyanın post-sovet məkanında təcavüz siyasətinin 1990-cı illərdən başlandığını qeyd edir.


“İlk təcavüz 90-cı illərin əvvəllərində Dağlıq Qarabağda başladı. Ermənistan Rusiyanın yardımı ilə Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdi. Daha sonra Gürcüstanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Cənubi Osetiya və Abxaziya münaqişəsi və Moldovanın Dnestryanı problemləri peyda oldu. Bütün bunlar Rusiyanın dəstəklədiyi separatizm nəticəsində Krımdan çox əvvəl baş verib”, - deyə nəşr bildirir.

Nəşr Dağlıq Qarabağda Ermənistan tərəfindən yaradılan qondarma rejimə toxunaraq qeyd edir ki, vaxtilə bu baş verəndə bir qədər təəccüblü gəlirdi: “Ondan sonra yaradılan qondarma rejimlərin hamısı bir-birinə təkzibedilməz oxşarlığı ilə seçilir. Taktika və siyasət eynidir. Hər biri Rusiyanın separatizmi nəticəsində meydana gəlib. Məqsəd xaos yaradaraq bu ölkələri Rusiyadan asılılığını saxlamaqdır”.


Nəşr yazır ki, H. R. 93 aktının siyahısı genişləndirilməlidir.


“Bura Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanıda yaradılan qondarma rejimlər də daxil edilməlidir. Siyahını genişləndirmək üçün gec deyil”, - deyə məqalədə vurğulanır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm