Nida.az
Bakı-Tiflis-Qars dəmir yolunda ilk sınaq qatarı - VİDEO
Ölkə üçün böyük əhəmiyyət kəsb edən dünyanın 100 layihəsi siyahısına daxil edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə həyata keçirilən layihələrdəndir. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin nəzərədə tutulduğu vaxtda başa çatdırılması üçün tikinti işləri uğurla davam etdirilir.
Publika.az-ın "Azəryolservis" ASC-yə istinadən məlumatına görə,
dəmiryolu layihəsinin Marabda-Kartsaxi hissəsində tikinti işlərinin
sürətləndirilməsi məqsədilə 2011-ci ilin iyul ayında Gürcüstan
Respublikasında “Azəryolservis" ASC-nin filialı yardılıb. İşlərin
daha da səmərəliliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə
Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalıkalaki,
Axalkalaki-Kartsaxi hissələrində aparılır.
Ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, çətin
təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun
tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək
olar ki, bütün sutka ərzində həyata keçirilib. Ümumilikdə
Marabda-Kartsaxi hissənin tikintisində 1500 nəfərədən çoxişçi,
500-dən çox maşın-mexanizm cəlb olunub.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan
ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi Türkiyə sərhədi
sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa
çatıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ”Azəryolservis
“ASC-in sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı
Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Gürcüstan Baş nazirinin
müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi
Kvirikaşvilinin iştirakı ilə Gürcüstan-Türkiyə sərhədindəki
Kartsaxi stansiyasında sınaq qatarı xəttə buraxılıb. Azərbaycanın
nəqliyyat naziri Ziya Məmmədov Türkiyə ilə sərhəddə qatarın
sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.
Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün
lazımi şərait yaradılıb. Layihənin 2015-ci ildə tam başa
çatdırılması nəzərdə tutulub.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO