Nida.az
Prezident Xətaidə yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə
dövlətimizin başçısına məlumat verdi. Uzunluğu 150 metr olan
kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və
şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və
idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq
effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq
son illər Bakı şəhərində park və xiyabanların əsaslı şəkildə
qurulması və yeni parkların, yaşıllıq zolaqlarının salınması,
müasir tələblərə cavab verən istirahət guşələrinin yaradılması
istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir. Salınan
yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən iaşə
obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab
verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən
əhəmiyyətli tədbirlərdəndir. Xətai rayonu ərazisində yeni yaradılan
fəvvarələr və şəlalələr kompleksi də paytaxtda və respublikamızın
digər bölgələrində həyata keçirilən abadlıq və quruculuq işlərinin
davamıdır. Kompleksdə müasir işıqlandırma sistemi qurulub, yeni
yaşıllıq zolağı salınıb, abadlıq işləri aparılıb, əraziyə
keyfiyyətli plitələr döşənib.
Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından
tanış olan dövlətimizin başçısı müvafiq tövsiyələrini
verdi.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik