“The Washinqton Times”: “ABŞ-ın yanaşması Bakıda məqbul hesab edilmir”
Bizi izləyin

Nida.az

“The Washinqton Times”: “ABŞ-ın yanaşması Bakıda məqbul hesab edilmir”

“Azərbaycan liderləri hesab edirlər ki, Obama administrasiyası Avrasiya üzrə uzunmüddətli dəqiq geosiyasi strategiya yürütməlidir”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Washinqton Times” nəşrində “Azərbaycan ABŞ-a dəqiq strategiya olmadığı üçün Avrasiyada təsir itkisinə məruz qaldığı haqda xəbərdarlıq edir” başlıqlı məqalədə deyilir.


Nəşr yazır ki, Amerika regionda təsirini itirə, onun müttəfiqləri isə enerji resurslarını riskə ata bilərlər: “Şimaldan Rusiya, Cənubdan İranla həmsərhəd olan, Şərqdən Xəzər dənizinə çıxışa malik Azərbaycanın əhəmiyyətli neft və qaz ehtiyatları var. O, öz enerji resurslarını “Cənub qaz dəhlizi” vasitəsilə ABŞ və Avropanın üzünə açıb. Dağlıq Qarabağ probleminə ABŞ-ın yanaşması Bakıda məqbul hesab edilmir. Onlar bu cür bəyanatları daha çox ikili standart olaraq qəbul edirlər”.


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov hesab edir ki, ABŞ region problemlərinin həllində səylərini ümumi strategiya olmadan boş yerə xərcləyir.

“The Washinqton Times” bu gün Amerikanın regionda strateji nöqteyi-nəzərdən daha az dostunun olduğunu qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm