Nida.az
Müsavatçılar və müsavatçılar - qarşıdurma pik həddə
“Qubad İbadoğlu məsələsi artıq partiyadaxili məsələ deyil. Baş verənlər hakimiyyətlə Müsavat arasında mübarizənin növbəti mərhələsidir”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat
başqanının müavini Səxavət Soltanlı deyib.
Onun sözlərinə görə, faktiki olaraq Qubad İbadoğlunun fəaliyyəti
Müsavatda parçalanma görüntüsü yaratmağa hesablanıb: “Təbii ki, bu
fürsəti gözləyən başqaları da bundan faydalanmaq istəyəcəklər. Biz
narahat deyilik. Müsavatçılar sona qədər Müsavat Partiyasını
qoruyacaq və daha da gücləndirəcək. Lakin demokratik düşərgə bir
şeyi unutmamalıdır. Kimlərsə Müsavat Partiyasına xəyanət edibsə,
Müsavatdan qovulubsa, onların demokratik düşərgəyə fayda verəcəyinə
ümumiyyətlə inanmayın. Onları özünüzə yaxın buraxmayın. Ən yaxın
tarixə nəzər salmaqla bunu özünüz də aydın görə bilərsiniz”.
S. Soltanlının sosial şəbəkələrdə paylaşdığı bu fikirlərinə Qubad
İbadoğlu suallarla sərt münasibət bildirib.
“15 il əvvəl niyə haqqımda bu kimi fikirlər səsləndirilmirdi? Niyə
partiyanın güclənməsi ilə məşğul olmurlar? 15 il əvvəl sən özün
harada idin?” - deyə o bildirib.
Səxavət Soltanlı bildirib ki, o, Qubad İbadoğludan fərqli olaraq, partiyada 15 il əvvəl heç bir vəzifə daşımayanda Müsavatın, İsa Qəmbərin siyasətini təbliğ edirdi: “15 il əvvəl 18 yaşım var idi. Bakı Dövlət Universitetində 2-ci kursda təhsil alırdım. Müsavat Partiyası sıralarında yeni idim, Müsavat Gənclər Təşkilatında “BDU” özəyini formalaşdırıb dostlarla birlikdə Müsavatı təbliğ edirdik. Sıralarımıza yeni insanlar qoşurduq. Heç bir vəzifəm yox idi. Qubad bəy, sizdən fərqli olaraq heç bir vəzifə daşımayanda da Müsavat Partiyasını, İsa Qəmbəri və silahdaşlarının siyasətini dəstəkləyirdim. Mən sizə sual vermirəm ki, 18-19 yaşınız olarkən Azərbaycanda müstəqillik uğrunda gedən mübarizədə nə işlə məşğul olmusunuz? Doğulduğunuz torpaq təhlükədə olanda, sizin indi qarşı olduğunuz Müsavatın lideri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı orada müdafiəni təşkil edəndə siz 22 yaşınızda nə işlə məşğul olmusunuz? Harada olmusunuz?”
S. Soltanlı əlavə edib ki, Q. İbadoğlu 15 il əvvəl Müsavata qarşı
fəaliyyətlə məşğul olmadığı üçün onun haqda belə fikirlər
səsləndirilmirdi: “O zaman həqiqətin yanındaydınız, o zaman
müsavatçıları təhqir edən, Müsavatı gözdən salan insanları
ətrafınıza toplayıb Müsavata qarşı döyüşmürdünüz. Durduğu yerdə heç
kimə heç nə deyilmir. Biz partiyanın güclənməsi ilə məşğuluq.
Sadəcə, siz partiya işlərini sürətlə həyata keçirməmizə mane
olursunuz. İndi enerjimizin bir hissəsini partiyanın güclənməsi
istiqamətində iş görməklə yanaşı, Müsavata qarşı hücumun qarşısını
almağa yönəltmək məcburiyyətində qalmışıq. Biz Müsavat Partiyasını
gücləndirməklə bərabər qorumaqla məşğul oluruq”.
S. Soltanlı Q. İbadoğluna müraciət edib: “Əl çəkin bu
fəaliyyətinizdən, nifaqçılıqla məşğul olmayın, imkan verin, bu xalq
üçün, bu ölkə üçün, demokratiya və azadlıqlar üçün mübarizəmizi
aparaq”.
Asif Nərimanlı
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu