Nida.az
Partiya sədrləri əlbəyaxa: şahidlər “hə” deyir, özləri “yox” – TƏFƏRRÜAT
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında əlbəyaxa dava olub.
Publika.az xəbər verir ki, partiya sədrləri
Demokratiya və İnsan Hüquqları Mərkəzinin dünən keçirilən
toplantısında toqquşublar. Məlumatlara görə, bir-birinə ağır sözlər
deyən partiya sədrləri sonda əlbəyaxaya çıxıb. Kənardakıların
müdaxiləsindən sonra dava sakitləşib. Daha sonra S. Cəlaloğlu
toplantını tərk edib.
Məsələ ilə bağlı Publika.az-a danışan S. Cəlaloğlu
baş verənlərin dava səviyyəsində olmadığını deyib: “Aramızda
narazılıq olub. Amma dava olmayıb. Bəlkə, güllələmə olub desəydilər
daha məntiqli olardı. Narazılıq hər yerdə olur. Ümumiyyətlə, belə
insidentləri mətbuata ötürmək çox pis haldır”.
Əhməd Oruc da Publika.az-a açıqlamasında əlbəyaxa
dava olmadığını bildirib.
“Dava olmayıb, sadəcə olaraq, mübahisə etmişik. Mən Səməd Vurğunu
müdafiə etmişəm. Sərdar bəy mənim əksimə çıxıb. Mən siyasətdə heç
kimlə əl-qol davası həddinə gəlməmişəm. Ömründə bir cümlə şeir
yazmayan insanın Səməd Vurğun haqda söz deməsi doğru deyil.
Cəlaloğlu da deyir ki, mən Nobel mükafatı almalıyam, yeni elm
yaratmışam və s. Arada deyir ki, süpürgəçi ilə dialoqa hazıram. Gah
Ümid Partiyası ilə birgə olur, gah Müsavatın xəttini müdafiə edir.
İnsanları zamana görə qiymətləndirmək olar. Lakin bunu da zamandan
başı çıxan, elmi şəkildə dərindən informasiyası olan edə bilər.
Fərqli görünmək naminə açıqlamalar verməyi doğru saymıram”, - deyə
o bildirib.
Asif
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR