Qubad İbadoğlu Divana gedəcək
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Divana gedəcək

Qubad İbadoğlu Müsavat Divanın toplantısında iştirak etməyə razılıq verib. Lakin ADR təsisçisinin bununla bağlı öz şərtləri var.

Publika.az xəbər verir ki, Q. İbadoğlu şərtlərini “facebook” səhifəsində açıqlayıb.

“Bir müsavatçı olaraq hər bir partiyadaxili məsələnin bağlı qapılar arxasında deyil, açıq müzakirəsinin tərəfdarı kimi dəvəti məmnuniyyətlə qəbul edirəm və Divanın iclasının açıq keçirələcəyi, maraqlanan partiya üzvlərinin iclasda müşahidəçi kimi iştirakının təmin olunacağı, qeyd və çəkiliş üçün imkan yaradılacağı təqdirdə iclasa qatılmağa razıyam”, - deyə o bildirib.

Müsavat Partiyasının rəhbərliyi Q.İbadoğlunu fevralın 9-da (növbəti həftənin birinci günü - red) Divanın iclasına dəvət edib: “Təəssüf ki, fevralın 9-dan 18-dək Vaşinqtonda səfərdə olduğumdan iclasda iştirak edə bilməyəcəkdim. Bu barədə dəvət göndərənlərə müxtəlif formada - şəxsən, sosial şəbəkə və mətbuat vasitəsilə cavabımı çatdırmışdım və bildirmişəm ki, vətənə dönəndən sonra - fevralın 23-də Divanın növbəti iclasında iştirakımla bağlı heç bir problem olmayacaq. Amma buna baxmayaraq, dünən mənə yenidən Divanın iclasına dəvət göndəriblər. Məlum olub ki, yeni rəhbərlik Müsavatın tarixində ilk dəfə Divanın iclasının vaxtını mənə həsr etdikləri 1 məsələyə görə dəyişib. Adətən, həftənin ilk iş günü (bazar ertəsi) saat 2-də keçirilən iclasın vaxtı bu dəfə cümə günü axşam saat 6-ya dəyişdirilib. Mənim nə partiya yoldaşlarımdan, nə də xalqımdan gizli sirrim, sözüm, davranışım yoxdur. Qoy, hər kəs kimdənsə, hardansa eşitdiyinə görə yox, gördüyünə qiymət versin və bir daha əmin olsun ki, uzun illər fədakar və mübariz müsavatçılarla birgə getdiyimiz yolumuzu davam etdiririk və bu mübarizədə amalımız Azərbaycandır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm