“Hara müraciət etməyi o adam yaxşı bilməlidir” – komitə sədrindən Şeyxin qudasına CAVAB
Bizi izləyin

Nida.az

“Hara müraciət etməyi o adam yaxşı bilməlidir” – komitə sədrindən Şeyxin qudasına CAVAB

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə millət vəkili Hacı Qalib Salahzadənin ötən gün bələdiyyələrlə bağlı söylədiyi fikirlər və aralarında yaranmış mübahisə ilə bağlı danışıb.

Komitə sədri A.Rəhimzadə Publika.az-a açıqlamasında bildirib ki, ötən gün Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında yaranan vəziyyət fikir ayrılığı olmayıb: “Burada söhbət fikir ayrılığından getmir. Biri var ki, mövcud olan hər hansı bir nöqsanın aradan qaldırılmasına kömək edəsən, biri də var ki, sensasiya yaradasan. Hesab edirəm ki, deputatın əsas vəzifəsi odur ki, mövcud olan hər hansı nöqsanı aradan götürsün. Bunun da müxtəlif yolları var. O, sadaladığı məsələlərlə əlaqədar prokurorluğa, əgər seçki zamanı nöqsanlar olubsa, o zaman Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər. Ümumiyyətlə, hara müraciət etməyi bir hüquqşünas kimi o adam yaxşı bilməlidir. Bir də var ki, heç nədən sensasiya yaradasan. O deyir ki, guya həmin adamların hörməti yoxdur və sairə. Axı həmin adamların hörmətinin olub-olmamasını, tanınıb-tanınmamasını necə müəyyən edib? Hesab edirəm ki, bu cür yanaşma doğru deyil və deputata yaraşmayan məsələdir. Həqiqətən də, əgər elə bir nöqsan varsa, o zaman onu araşdırmaq üçün aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları var. O da deputat və ya hüquqşünas kimi bilməlidir ki, hara müraciət etmək lazımdır. Yoxsa ki, gəlib Milli Məclisdə sensasiya yaradan fikirlər söyləmək düzgün deyil və ona heç zaman başucalığı gətirmir. İnsan gərək hər hansı bir nöqsanın aradan qaldırılmasına xidmət etsin”.

Xatırladaq ki, Milli Məclisin fevralın 5-də keçirilən Regional Məsələlər Komitəsinin iclasında çıxış edən komitə sədri Arif Rəhimzadə ilə komitə üzvü Hacı Qalib Salahzadə arasında mübahisə yaranıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm