Türkiyə-Ermənistan sərhədlərinin açılmasını kimlər tələb edir? - “Huriyyet Daily News”in şərhi
Bizi izləyin

Nida.az

Türkiyə-Ermənistan sərhədlərinin açılmasını kimlər tələb edir? - “Huriyyet Daily News”in şərhi

“Huriyyet Daily News” nəşrində Türkiyə və Ermənistan sərhədlərinin bağlanmasına dair məqalə dərc olunub.


Publika.az xəbər verir ki, məqalədə sərhəd bağlanmasına görə hazırda Türkiyəni ittiham edirlər: “Əslində bu görüntünü Türkiyənin daxilində və xaricində kampaniya aparanlar yaradır. Ermənistandan isə məsələ ilə bağlı heç bir rəy alınmır. Lakin blokadanın səbəbini daha yaxşı anlamaq üçün son günlər baş verən iki hadisəyə diqqət etmək lazımdır. Birincisi, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın Ermənistan prezidenti Serj Sarkisyanı Çanaqqala döyüşünün yüz illiyinə həsr olunmuş tədbirə dəvət etməsidir. Sarkisyan dəvətdən imtina etdi. Onun cavab məktubu öz aqressivliyi ilə seçilir və təkcə ermənilərin “qurban” getdiyi qeyd olunurdu”.


Nəşr vaxtilə Rusiya ordusu tərkibində döyüşən erməni könüllülərinin türklərə qarşı törətdiyi cinayətləri xatırladır.


“Bu tarixi faktları heç kim inkar edə bilməz. 1915-1916-cı illərdə həmin cinayətlərdən aylar öncə başlamış məcburi köçürmələr Rusiya zabitlərinin şikayətləri və hətta Rusiya hərbi məhkəməsinin qərarları ilə sübut olunub. Sarkisyan Türkiyənin Ermənistan məsələsindəki ənənəvi mövqeyini açıq şəkildə tənqid edən Sarkis Torossiyanın aldadıcı memuarları kimi arqumentlərdən istifadə etdi. Heç kim onu hörmətdən salan əsassız iddialardan istifadə etdiyinə görə ciddiyə almaz. Digər məqam qondarma “erməni soyqırımı”nı qəbul edən Həsən Camalın İrəvanda hücuma məruz qalmasıdır. Camal Orli və Əsənboğa hava limanlarına hücum edən ASALA terror təşkilatını pislədiyi və Qərbi Azərbaycanın Ermənistan tərəfindən işğal edildiyini dilə gətirdiyi üçün belə hücumlarla üzləşdi. Diasporun qatı millətçiləri belə Fransada ASALA-nın sabiq spikeri Jean Marc “aga” Toranyan Camala qarşı hücuma cəsarət etmədi.

Lakin erməni millətçilər bunu etdilər. Əslində, bunun səbəbi çox sadədir. Demokratik Qərb dövlətlərində millətçilər öz imiclərinin qayğısına qalmaq məcburiyyətindədilər. Ermənistanda isə onların heç qayğısına da qalmırlar. 1998-ci ildə “mülayim” prezident Levon Ter-Petrosyan Orli hücumunda əsas günahkar olan Varujan Qarabedyan üçün Jak Şirakdan əfv istədi. Cənab Qarabedyan məhkəmə qərarı ilə 2001-ci ildə azad ediləndən sonra baş nazir və İrəvan şəhərinin meri tərəfindən milli qəhrəman kimi qarşılandı. Əgər bir terrorçu hər hansı bir müsəlman ölkəsində baş nazir tərəfindən belə qarşılansaydı, sadəcə dünyada buna necə reaksiyalar olacağını təsəvvür etməyə çalışın”, - deyə məqalədə bildirilir.


Nəşr diqqətə çatdırır ki, Ermənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyası 1918-1920-ci illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan və 1930-cu illərdə “irqi-dini” nəzəriyyəsini irəli sürəndən sonra II Dünya müharibəsinin əvvəlində Almaniyaya gələn, 1942-ci ildə Berlində qurulmuş Erməni Milli Şurasının üzvü olan Qareqin Njdenin ideyalarından ilham alır.


“Ermənistan konstitusiyasına daxil edilən ərazi iddialarından heç bir söz açmadan Türkiyədən sərhədlərin açılmasını tələb etmək, həmçinin, Ankaranın regionda əsas müttəfiqi olan Azərbaycana dəstəyin dayandırılmasını istəmək mümkün deyil. Bu cür həll yolunu müdafiə edənlərin özləri bunun necə sülhpərəst, demokratik və real olduğunu açıq izah etməlidir. Hər-halda onların izahı maraqlı olar”, - deyə nəşr vurğulayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm