ADR-in təsis konfransının vaxtı bəlli oldu
Bizi izləyin

Nida.az

ADR-in təsis konfransının vaxtı bəlli oldu

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis konfransının vaxtı açıqlanıb.


Publika.az xəbər verir ki, ADR Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu təsis konfransının fevralın 21-də keçiriləcəyini bildirib.


Bu barədə qərar ADR Təşkilat Komitəsinin dünən keçirilən toplantısında qərar qəbul olunub.


Qeyd edək ki, ADR Müsavat Partiyasının VIII qurultayının nəticələrindən narazı qalan müsavatçılar tərəfindən yaradılıb. Hərəkat indiyə qədər 10-dan çox rayonda təşəbbüs qrupları yaradıb. Gələcəkdə hərəkatın partiyaya çevrilməsi istisna olunmur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm