Qubad İbadoğlu Müsavat Partiyasından qovuldu - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Müsavat Partiyasından qovuldu - FOTO (YENİLƏNİB)

Bu gün Müsavat Partiyasının Divanında başqanlığa sabiq namizəd Qubad İbadoğlu ilə bağlı məsələ müzakirə olunub.

Divanın iclasından öncə partiya rəhbərliyi ilə Qubad İbadoğlu arasında onun toplantiya qatılması ilə bağlı razılaşma əldə edilib. Müsavat Partiyası yaxın günlər üçün bəzi xarici səfərləri olan Qubad İbadoğlunun iclasa qatılmasına şərait yaratmaq üçün Divanın toplantısının vaxtını da dəyişib.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Qubad İbadoğlu əvvəlcə Divanın toplantısına qatılıb. Ancaq sonradan Q. İbadoğlu və onun bəzi tərəfdarları Divanın iclasını tərk ediblər.

Musavat.com-un əməkdaşına açıqlamasında Qubad İbadoğlu Divanın iclasını tərk etməsinin səbəblərinə aydınlıq gətirib: "Mən əvvəlcədən də demişdim ki, videoçəkiliş olmasa, iclas müsavatçıların iştirakı olmadan keçirilsə, toplantıda iştirak etməyəcəm. Indi məlum oldu ki, videoçəkilişə icazə vermirlər. Bu sırf qanun pozuntusu olduğuna görə mən iclasa qatılmadım. Elman Fəttahla danışdığımız zaman o, videoçəkilişə icazə veriləcəyini bildirmişdi. Amma indi iclasda yalnız iki müsavatçının iştirak edə biləcəyi deyildi".

Əməkdaşımızın verdiyi məlumata görə, Müsavat Divanının iclası Qubad İbadoğlunun iştirakı olmadan davam etdirilir. Qubad İbadoğlu və onun partiya qərargahına toplanan tərəfdarları Müsavat Divanından çıxacaq qərarı gözləyirlər.

Verilən məlumatda o da qeyd olunur ki, Müsavatın qərargahına Arif Hacılının və Qubad İbadoğlunun tərəfdarları kimi təqdim olunan çoxlu sayda partiya üzvü toplanıb.

Qubad İbadoğlunun tərəfdarlarının baş verənlərlə bağlı bəyanat hazırladığı bildirilir. Keçirilən qısa toplantıda Qubad İbadoğlu Müsavatı deyil, qərargahı tərk etmək barədə təklif verib. Eyni zamanda, Əlövsət Əhədoğlunun MNTK-ya dəvət edilməsi ilə bağlı sabah saat 17:00-da yenidən qərargaha toplaşmaq barədə qərar qəbul edilib.

Əməkdaşımız hazırda Qubad İbadoğlu və tərəfdarlarının Müsavatın qərargahında bundan sonra atacaqları addımlar və gələcək planları barədə müzakirələrə başlayıblar.

Əməkdaşımızın verdiyi son məlumata görə, Müsavatın Divanı Qubad İbadoğlunu partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib. Səsvermə zamanı bu qərarın lehinə 12 nəfər səs verib, bir nəfər isə bitərəf qalıb.

Müsavat başqanının müavini Elman Fəttah bu qərarı jurnalistlərə izah edərkən bildirib ki, Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsinin səbəbi onun Divanın iclasını tərk etməsi və son vaxtlar partiyanın əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olmasıyla bağlıdır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm