Abbas Abbasova daha bir zərbə: etirazlar artır
Bizi izləyin

Nida.az

Abbas Abbasova daha bir zərbə: etirazlar artır

Murmansk vilayətindəki Dünya Azərbaycanlılarının Konqresinin İctimai Palatasının üzvü və regional şöbənin rəhbəri Afil Qurban oğlu Hüseynov Abbas Abbasovun fəaliyyətinə etiraz edib.

Axar.az xəbər verir ki, Hüseynov Abbas Abbasovun Azərbaycan haqqında yalan informasiya yaydığını bildirib.

O, bir müddət öncə Abbas Abbasova yaxın olan şəxslərin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və onun müavini Qüdsi Osmanov haqqında səsləndirdikləri fikirlərin hər birinin yalan olduğunu deyib. Hüseynov adı çəkilən hər iki şəxsin Azərbaycana xidmət etdiyini və azərbaycanlıların fəaliyyəti ilə maraqlandıqlarını söyləyib.

Afil Hüseynovla bərabər Rusiyada yaşayan digər diaspor nümayəndələrinin də Abbas Abbasova etiraz etməyə hazırlaşdıqları haqqında da qeyri-rəsmi məlumat var. Keçmiş baş nazir müavininin fəaliyyətindən narazı olan bəzi azərbaycanlı iş adamları da Abbasova qarşı birləşib.

Qeyd edək ki, artıq bir neçə aydır “Azərros”un tərkibində narazılıq hökm sürür. Təşkilatın keçirdiyi iclasdan sonra bir qrup şəxs Abbas Abbasov və Asif Məhərrəmovun istefasını tələb etmişdilər. Bundan sonra Məhərrəmov istefa etsə də, Abbasovdan səs çıxmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm