Nazirlik: “Zərbələrimiz erməniləri o qədər sarsıdıb ki...”
Bizi izləyin

Nida.az

Nazirlik: “Zərbələrimiz erməniləri o qədər sarsıdıb ki...”

“Müharibə indi deyil, Ermənistanın Azərbaycana təcavüzü başlayan gündən, yəni 20 ildən artıqdır ki, gedir”. Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik müharibənin başa çatmasının yeganə yolunun Ermənistan silahlı qüvvələrinin işğal edilən Azərbaycan ərazilərindən çıxarılması olduğunu bildirib: “Son dövrlərdə Silahlı Qüvvələrimiz tərəfindən cəbhədə işğalçılara vurulan zərbələr onları o qədər sarsıdıb ki, artıq müharibənin getməsini, itkilərinin olmasını etiraf edərək və daha artıq mövqelərinin əldən getməsi təhlükəsini anlayıblar. Müharibə indi deyil, Ermənistanın Azərbaycana təcavüzü başlayan gündən, yəni 20 ildən artıqdır ki, gedir. Bu müharibənin sona çatmasının yeganə yolu - beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməklə, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır”.

Qeyd edək ki, dünən Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan hazırda cəbhədə o qədər də şiddətli olmayan müharibə getdiyi barədə açıqlama yaymışdı. O, cəbhədə gərginliyin qarşısının alınmayacağı təqdirdə bunun Ermənistan üçün təkcə insan itkiləri yox, həm də mövqe itkiləri ilə müşahidə olunacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm