Nida.az
Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan çıxarılır
Qubad İbadoğlunun tərəfdarlarından daha bir nəfər Müsavat Partiyasından çıxarıla bilər.
Müsavat üzvü Əlövsət Əhmədoğlu Publika.az-a açıqlamasında bu gün
Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) dəvət edildiyini
bildirib.
O, heç bir nizamnamə pozuntusuna yol vermədiyini deyib. Sadəcə
olaraq, Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsinin
yaradılmasında iştirak etdiyini bildirib.
MNTK sədri Sevinc Hüseynova isə Publika.az-a açıqlamasında Ə.
Əhmədoğlunun nizamnamə pozuntusuna yol verdiyini bildirib.
“Onlar Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi adlı alternativ
qurum yaradaraq bəyanat yayıblar. Həmin bəyanatda partiyaya qarşı
kifayət qədər ittiham və əsassız fikirlər var. Bu gün saat
16:00-dan sonra MNTK-nın iclası keçiriləcək. Əlövsət bəy dəvət
olunub. Iclasda müzakirələr aparılacaq və yekun qərar veriləcək”, -
deyə o bildirib.
MNTK sədri Ə. Əhmədoğlunun partiyadan çıxarılmasını istisna
etməyib. Lakin hər şeyin iclasdan sonra bəlli olacağını deyib.
Qeyd edək ki, Ə. Əhmədoğlu Qubad İbadoğlunun tərəfdarıdır.
İbadoğlunun dünən Müsavatdan çıxarılmasından sonra onun
tərəfdarlarına qarşı da eyni addımın atılacağı gözlənilir.
Asif Nərimanlı
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb