Nida.az
İsmayıllı və Səbail təşkilatları buraxılır: Müsavatdan 100-dən artıq istefa olacaq – ÖZƏL
Qubad İbadoğlunun Müsavat Partiyası Divanı tərəfindən çıxarılmasından sonra onun tərəfdarları da istefa verir.
Müsavata yaxın mənbənin Publika.az-a verdiyi
məlumata görə, yaxın günlərdə kütləvi istefalar gözlənilir.
Xüsusilə, rayon təşkilatlarının buraxılması ehtimalı böyükdür.
Hazırda partiyanın İsmayıllı rayon təşkilatı sədr Vidadi Həmidli başda olmaqla Divanın qərarına qarşı çıxırlar. Həmçinin Səbail rayon təşkilatında da ciddi narazılıqlar var.
“Yaxın günlərdə 100-dən artıq şəxs Müsavatdan istefa verə bilər”, -
deyə mənbə bildirib.
Məlumata görə, istefa vermək istəyənlər Qubad İbadoğlunun
razılığını gözləyir. Lakin Azərbaycan Demokratiya və Rifah (ADR)
hərəkatının təsisçisi hələlik gözləmə mövqeyindədir.
Mənbə qeyd edib ki, Qubad İbadoğlu ABŞ səfərindən qayıtdıqdan sonra istefa düyməsinə basılacaq.
Qeyd edək ki, Q. İbadoğlu bu gün ABŞ-a yola düşüb. Onun fevralın
16-dan sonra ölkəyə qayıdacağı gözlənilir. ADR-in təsis konfransı
isə fevralın 21-nə planlaşdırılır.
Mənbənin sözlərinə görə, təsis konfransına qədər hərəkatın tərkibi
genişləndiriləcək. Bu proses xüsusilə müsavatçıların hesabına
aparılacaq.
Qeyd edək ki, ADR üzvü Səxavət Əlisoy da Publika.az-a açıqlamasında
partiyanın rayon təşkilatları arasında Qubad İbadoğlunun Müsavatdan
çıxarılmasına etiraz olaraq kütləvi istefa vermək istəyənlərin
olduğunu bildirib (http://publika.az/p/63569).
“Kəndlərdə, rayonlarda Qubad bəyə qarşı qərara etiraz olaraq istefa
vermək istəyənlər var. Xüsusilə rayon təşkilatlarının buraxılması
məsələsi gündəmə gəlib. Qubad bəy fevralın 9-da ABŞ-a səfər edəcək.
O qayıdandan sonra rayon təşkilatlarının necə hərəkət etməsi haqda
qərar qəbul olunacaq”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO