Nida.az
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan Rusiyaya nota verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərini şərh edərkən Trend-ə bildirib ki, həmin universitetin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib.
Onun sözlərinə görə, Azərbaycanın Yekaterinburqdakı baş Konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayəti qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviçlə müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb: "Tomsk Dövlət Universitetinin rektoru Qalanjinskiy Eduard Vladimiroviç Azərbaycanın Yekaterinburqdakı Baş Konsulu Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib".
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO