Rusiya kommunistlərinin lideri Bakıya gəlir – NİYƏ?
Bizi izləyin

Nida.az

Rusiya kommunistlərinin lideri Bakıya gəlir – NİYƏ?

Rusiya Federasiyası Kommunist Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı və Təhlükəsizlik Komitəsinin üzvü Gennadi Züqanov bu gün Azərbaycana ikigünlük səfərə gəlir.


Bu barədə Publika.az-a Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov məlumat verib.


Məlumata görə, G. Züqanov Bakıda bir sıra görüşlər keçirəcək. Səfər zamanı onun 23 saylı orta məktəbə, Bakı Slavyan Universitetinə səfəri, Azərbaycan kommunistləri, Milli Məclis nümayəndələri və digər rəsmilərlə görüşü nəzərdə tutulur.


R. Qurbanov Züqanovun səfərinin əvvəldən planlaşdırıldığını deyib. Onun sözlərinə görə, Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin üzvü olan Züqanov çox nüfuzlu və Azərbaycanın mövqelərini dəstəkləyən tanınmış siyasətçidir.


“Onun Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır. Züqanov Dağlıq Qarabağ problemində Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Bunu açıq şəkildə dəfələrlə bəyan edib”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm