Arif Hacılı Qubad İbadoğluna cavab verdi: “Sən Müsavata saxta deyirsənsə...”
Bizi izləyin

Nida.az

Arif Hacılı Qubad İbadoğluna cavab verdi: “Sən Müsavata saxta deyirsənsə...”

Bu gün Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın Sədrlər Şurasının genişləndirilmiş toplantısı keçirilib.

Partiyadan Publika.az-a verilən məlumata görə, 150-dək partiya fəalının iştirak etdiyi toplantıda Müsavat Partiyasının başqanı Arif Hacılı mövcud ictimai-siyasi durum, partiyadaxili məsələlər barədə məruzə ilə çıxış edib.

A. Hacılı çıxışında partiya daxilindəki vəziyyətə toxunub: “Partiya üzvü olan bir qrup şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, partiya strukturlarını tanımamaq, daxildə paralel strukturlar yaratmaq və partiyanı nüfuzdan salmaq istiqamətində davamlı fəaliyyət göstərib. Bu fəaliyyətin qarşısını almaq məqsədilə partiyanın səlahiyyətli orqanları bir neçə nəfərin barəsində müvafiq qərarlar çıxarıb”.

A. Hacılı qurultaydan sonra partiya strukturları tərəfindən 6 nəfərin partiya sıralarından çıxarılmasının repressiya kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib. O, Müsavatın ən demokratik partiya olduğunu vurğulayıb.

Müsavat başqanı qeyd edib ki, qurultaydan sonra 30 nəfər partiyadan çıxdığını bəyan etsə də, partiyanı parçalamaq cəhdi alınmayıb, qəbul olunan yeni üzvlərin sayı partiyadan çıxanların sayından təxminən üç dəfə artıq olub.

“Əgər sən Müsavatın keçmişini, qurultayını, strukturlarını tanımırsansa, ona saxta deyirsənsə, onda sənin bu partiyada nə işin var? Müsavat Partiyasında həqiqətin harda olduğun dərk edənlər əksəriyyəti təşkil edir”, - deyə o, Qubad İbadoğluna da cavab verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm