Nida.az
Sarkisyan devrilir, Qarabağ azad olunur – Vaşinqtonun yeni ssenarisi – TƏHLİL
ABŞ-ın Ermənistana yeni təyin olunan səfiri Riçard Maylz prioritetləri sırasında Dağlıq Qarabağ münaqişəsinin olduğunu da açıqladı. Ermənistan-Azərbaycan təmas xəttində ciddi qarşıdurmaların olduğu bir vaxtda Maylzın münaqişəyə hansı səviyyədə töhfə verəcəyi suallar yaradır.
Publika.az xəbər verir ki, 2015-ci
ilin yanvar ayından etibarən Ermənistan tərəfi atəşkəs rejimini
ciddi şəkildə pozur. Xüsusilə ağır artilleriyadan açılan atəşlər
nəticəsində sərhədə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlar
əziyyət çəkir. Azərbaycan tərəfi düşmənə layiqli cavab verir və
qarşı tərəfin siyasətçiləri ordumuzun gücünü etiraf etmək
məcburiyyətində qalıb.
Lakin rəsmi İrəvanın təxribatlardan əl çəkəcəyi ehtimalı azdır. Burda bir neçə səbəb var. Birincisi, qondarma “erməni soyqırımı”nın bu il keçiriləcək 100 illiyinə görə düşmən tərəfi aktivləşib. Bakı və Ankaranın bu iddialara qarşı səylərini birləşdirməsi İrəvanda narahatlıqla qarşılanır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Serj Sarkisyanı Çanaqqalaya dəvət etməsi onun ciddi müqavimətlə qarşılaşacağından və xalqına verdiyi vədlərin boş çıxacağından xəbər verir.
Gümrüdə Rusiya əsgərinin bir erməni ailəsini qırmasından sonra başlanan etirazlar bir az səngisə də, davam edir. Digər tərəfdən, il başlayar-başlamaz Ermənistanı güclü yoxsulluq küləyi vurdu. Onsuz da çətin sosial şəraitdə olan sadə erməni üçün yaşamaq olduqca mürəkkəb suala çevrilib. Belə bir məqamda, əhalinin diqqətini cəbhəyə, daha doğrusu, xarici “düşmənə” yönləndirmək Sarkisyan üçün ən yaxşı çıxış yoludur.
Lakin Dağlıq Qarabağ münaqişəsi ətrafında
proseslərin yeni inkişafı İrəvan üçün əlavə problemlər yaradıb.
Qərb Ukrayna münaqişəsi fonunda post-sovet məkanında dondurulmuş
münaqişələrə baxışını dəyişdirir. Bu isə Rusiyanın yanında yer alan
İrəvanı qorxulu gələcəyin gözlədiyini deməyə əsas verir.
Misal üçün, Prezident İlham Əliyevin Almaniya səfəri zamanı Angela Merkelin Rusiyanı Ermənistanla birgə hərəkət etməkdə ittiham etməsi ciddi dəyişikliklərin anonsu idi.
İki gün öncə başa çatan 51-ci Münhen təhlükəsizlik konfransında da bu məsələ gündəmə gəldi və Prezident İlham Əliyev tərəfindən dünyanın diqqətinə çatdırıldı.
“Ukrayna münaqişəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir-birinin əksini göstərən güzgü kimidir”, - deyə Azərbaycan lideri prosesi açıq şəkildə bəyan etdi və konfransda iştirak edən Ermənistan nümayəndə heyətinə yerini göstərdi.
Milli Məclisin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov
Prezident İlham Əliyevin konfransda ermənilərə sərt cavabının
Azərbaycan xalqının əhvali-ruhiyyəsini və dövlətin iradəsini əks
etdirdiyini bildirib.
“Mənim Ermənistana mesajım budur: işğala son qoyun,
siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və
barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni
əsgərinin Ağdam və Füzulidə olmasıdır”, - deyə dövlət başçısı
Münhendə sərt danışdı.
Rasim Musabəyovun fikrincə, Prezident İlham Əliyevin sərt çıxışı erməniləri himayə edənlərə də mesaj idi.
“Yəni təmkinli olmağa, dialoqa və sülh
danışıqlarına sədaqətli olmağa çağırmaqla ermənilər işğal etdikləri
Azərbaycan torpaqlarını azad etməyəcək”, - deyə R. Musabəyov
bildirib.
Münhendə Cənubi Qafqaz ölkələrindən yalnız
Ermənistanın xarici işlər naziri səviyyəsində təmsil olunması da
Qərbin bu ölkəyə dəyişən münasibətinin göstərici idi.
Bir sıra ekspertlərə görə, Bakının Münhendə sərgilədiyi mövqe gələcəkdə ciddi proseslərdən xəbər verir.
Britaniyalı ekspert Lourens Broers hesab edir ki,
Bakı Qərb-Rusiya qarşıdurmasında ağıllı manevr etməyi bacarır. Onun
sözlərinə görə, Bakıda dünyanın dəyişən nizamını duymaq və buna
uyğun gedişlər etmək qabiliyyətində olan insanlar var: “Görünür,
uzun illər sonra Qarabağ münaqişəsinin həll olunması üçün yeni
şanslar yaranıb. Xüsusilə Ukrayna münaqişəsi Qərbin bu məsələyə
yanaşmasının dəyişdiyini ciddi şəkildə göstərir”.
Britaniyalı ekspertə görə, proseslərin yeni inkişafı Minsk qrupunun taleyini də ciddi suallar altında qoyur. Onun fikrincə, münaqişənin nizamlanmasında formatın dəyişməsi aktualdır.
Vaşinqtondan gələn yeni səfir Maylzın Dağlıq
Qarabağı prioritetləri sırasına daxil etməsi diqqət çəkəndir.
Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, yeni səfirin bu
fikirləri Vaşinqtondan hazırlanmış ev tapşırığı ola bilər. Belə ki,
Gümrü hadisələrindən sonra Vaşinqton İrəvanın, daha doğrusu erməni
xalqının Moskvaya münasibətinin dəyişməsindən istifadə
edir.
Maylzın Ermənistan iqtisadiyyatına töhfə vermək və əhalinin sosial rifahının yaxşılaşdırılmasına çalışmaq niyyətində olduğunu deməsi də təsadüfi deyil. Vaşinqton erməni xalqına yeni səfiri vasitəsilə mesajını çatdırmaq istəyir. Bu isə Ermənistanda Rusiyaya bağlı hakimiyyətin dəyişməsini aktuallaşdırır.
“Vaşinqtonda yeni ssenari hazırlanır. Ssenariyə əsasən, İrəvanda hakimiyyət dəyişikliyi ilə Ermənistan Rusiyanın əlindən alınır. Bu, avtomatik olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə nəticələnir və Rusiyanın Cənubi Qafqazda təsirlərinə ciddi zərbə vurulur. ABŞ bölgədə sabitliyə nail olmaqla öz imkanlarını genişləndirir”, - deyə nəşr Qərbdəki diplomatik mənbələrə istinadən xəbər verir.
Asif Nərimanlı
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...