Nida.az
Müsavat iqtidarla dialoqdan qaçdı – Açıqlama
Müsavat Partiyası sabah keçiriləcək iqtidar-müxalifət
görüşündə iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə partiya xüsusi açıqlama yayıb.
Müsavat bəyan edib ki, partiya iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir.
Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real
nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin,
iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək
razılaşdırılması vacibdir.
“Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil.
Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək görüşdə iştirak etməyəcək.
Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi
qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır
olduğu barədə əvvəllər də açıqladığı mövqeyə sadiq olduğunu bəyan
edir. Müsavat Partiyası müzakirə ediləcək məsələlərin,
müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən
müəyyələnləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla
ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır”, - deyə
partiya bildirib.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov