Nida.az
Prezidentin fərmanı ləğv edildi
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Polis
Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel
tarixli 541 nömrəli fərmanının ləğv edilməsi barədə fərman
imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi
kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli
sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, "Azərbaycan Polis
Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel
tarixli 541 nömrəli fərmanı ləğv edilsin.
Prezidentin digər sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi veriləcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!